Böyüklər də, balacalar da sevindi

İsmayıllı rayonunun Sumağallı kəndində 17 noyabr 2014-cü il tarixdə 40 yerlik uşaq bağçası körpələr-evinin açılış mərasimi keçirilib.
Mərasimdə İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib. Tədbirdə çıxış edən RİH başçısı sakinlərə rayonunun sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə nəzərə çarpan uğurlardan söz açıb. Həmçinin uşaqların ölkənin və millətin gələcəyi, hər bir ailənin sevinci, nəslin davamçısı olduğunu bildirib. Bütün dövrlərdə uşaqların xoşbəxt, firavan yaşaması, eyni zamanda əsl vətəndaş, şəxsiyyət kimi böyüməsi cəmiyyəti daim narahat edən, düşündürən məsələlərdən biridir.

Natiq Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Böyüklər də, balacalar da sevindi

Bağça valideynlərin, eləcə də kəndin azyaşlı sakinlərinin zövqünə uyğun tikilib, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazım olan hər cür inventarlarla təchiz edilib.
Bağçada müxtəlif yaş qruplu körpələrin gün ərzində oynaması, dincəlməsi və əylənməsi üçün yemək, yuyunma, oyun zalları, yataq otaqları vardır.
İcra başçısı bağçada yaradılan şəraitlə tanış olub. Balacaların açılışla bağlı hazırladıqları tədbir də maraqla izlənib.
Kənd sakinləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz