Bələdiyyə seçkiləri

Yerli özünüidarəetmənin tarixi bəşəriyyətin özü qədər qədimdir. İcma quruluşu dövründə insanlar özlərini heç bir dövlət qurumlarının iştirakı olmadan idarə etmişlər. İcmanın nüfuzlu nümayəndələri, ağsaqqalları icmadaxili problemləri həll edərək cəmiyyətin inkişafına xidmət etmişlər. Yerli özünüidarə sisteminin inkişafı son nəticədə, dövlət kimi sosial təsisatın yaranmasına səbəb olmuşdur. Bütün səlahiyyətləri öz əlində cəmləşdirən dövlət çox keçmədən “Yerli özünüidarəni” bərpa etmək məcburiyyətində qalır.
Bələdiyyə seçkiləriBələdiyyə seçkiləri

İstək öyrənilməli, tələbat ödənilməlidir

Yerli özünüidarəetmənin tarixi bəşəriyyətin özü qədər qədimdir. İcma quruluşu dövründə insanlar özlərini heç bir dövlət qurumlarının iştirakı olmadan idarə etmişlər. İcmanın nüfuzlu nümayəndələri, ağsaqqalları icmadaxili problemləri həll edərək cəmiyyətin inkişafına xidmət etmişlər. Yerli özünüidarə sisteminin inkişafı son nəticədə, dövlət kimi sosial təsisatın yaranmasına səbəb olmuşdur. Bütün səlahiyyətləri öz əlində cəmləşdirən dövlət çox keçmədən “Yerli özünüidarəni” bərpa etmək məcburiyyətində qalır.
Totalitar sovet qurluşundan azad olunan respublikamızda da yerli özünüidarə sisteminin bünövrəsinin qoyulması və bu sistemin Konstitusiyada təsbit olunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən və noyabrın 27-də qüvvəyə minən Konstutusiyamızın IX fəsli bütünlükdə bələdiyyələrinin təməl prinsiplərinə həsr olunmuşdu. Həmin fəsildə bələdiyyələrin və onların işinin təşkili, səlahiyyətləri, bələdiyyələrə verilən təminatlar öz əksini tapırdı. Dövlətçiliyimiz tarixində ilk dəfə olaraq konstitusiyanın 13-cü maddəsinə əsasən ictimai sistemdə dövlət, xüsüsi və bələdiyyə mülkiyyəti tanındı. Mülkiyyətin bu növlərinin tanınması artıq dövlətimizin gələcək sosial-siyasi inkişafının istiqamətlərini müəyyən edirdi.
Ulu öndərin apardığı demokratik islahatlar zamanı bələdiyyələrin hüququ bazasının yaradılması prosesinə başladı. Ölkədə qəbul olunmuş qanunlar çərçivəsində torpaq islahatına başlandı. Respublika ərazisində ilk dəfə olaraq ölkə ərazisində dövlət, xüsusi və bələdiyyə mülkiyyətlərinin sərhədləri müəyyənləşməyə başladı. Bütün bu kimi çətin proseslər gərgin əmək nəticəsində qəbul olunmuş “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası qanunları əsasında həyata keçirildi. 1996-cı ildə ulu öndərin imzaladığı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunu Bələdiyyələrin formalaşmasında əsaslı rol oynadı. Qəbul olunan qanunlar, hüququ aktlar bələdiyyələrin formalaşmasını zərurətə çevirdi.
Beləliklə, qazandığımız müstəqilliyin 9-cu ilində bələdiyyə institutunun formalaşması üçün “Bələdiyyələrin status haqqında”, “Bələdiyyələrin nümunəvi nizamnaməsi haqqında”, “Yerli rəy sorğusu haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və s. Azərbaycan Respublikası qanunları qəbul olundu. Qısa dövr ərzində, gərgin zəhmət hesabına yaranan bu qanunlar ulu öndərin bələdiyyə təsisatına göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Dövlət idarəçiliyində böyük bir mənsəbin banisi olan Ulu öndər bələdiyyələrin formalaşmasında eyni zamanda beynəlxalq təcrübəyə də ciddi əhəmiyyət verir və Azərbaycanın Qərb demokratiyasına inteqrasiyasını əsas istiqamət götürərək yerli özünüidarəetmə haqqında Avropa xartiyasına qoşulmaq üçün geniş üfüqlər açırdı.
Bələdiyyə seçkiləri keçirilməmişdən əvvəl Amerikanın, Qərbin ayrı-ayrı təşkilatları respublikamızda diskusiyalar təşkil edir, siyasi təşkilatları, ictimai birlikləri, vətandaş cəmiyyətlərini maarifləndirirdilər.
Demək olar ki, Ulu öndərin rəhbərliyi altında həyata keçirilən tədbirlər bələdiyyə təsisatı üçün tam zəmin yaratmışdı. Məhz bu hüququ, siyasi, mənəvi hazırlıqları görəndən sonra ilk dəfə 12 dekabr 1999-cu il tarixdə respublikamızda demokratik qaydada bələdiyyə seçkiləri keçirildi . Bələdiyyələrin formalaşması üçün şəhər bələdiyyələrinə dövlət əmlakından yerlər, hər cür qayğı ilə əhatə olundu.
Yenicə yaranmış yerli özünüidarə qanunun fəaliyyətini tənzimləmək üçün qanunvericilik işi davam etdirildi. 1999-cu ildə Azərbaycan Respublikasının “Torpaq məcəlləsi” qəbul olundu ki, bu, respublikada torpaqların idarə olunması üçün olduqca əhəmiyyətli idi. 25 avqust 2000-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının “Mülki Məcəlləsi” təsdiq olundu. 2001-ci ildə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunu, 2002-ci il tarixdə isə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında “Əsasnamə qəbul olundu . Bütün bunlar bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi sənədlər idi və bu qanunların hər biri Ulu öndərin imzası ilə təsdiq olunmuşdu. Yarandığı qısa müddət ərzində bələdiyyələrin fəaliyyətinə dair 60-a yaxın qanun Ulu öndərin imzası ilə təsdiq olunmuşdu. Bütün bunları nəzərə alaraq tam əminliklə demək olar ki, dövlətçilik tariximizin ən yeni dövründə formalaşan bələdiyyə təsisatı Heydər Əliyev siyasətinin, fəaliyyətinin bəhrəsidir.
Bələdiyyələr artıq Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir. Onun fəaliyyətinin tənzimlənməsi, inkişafı üçün Heydər Əliyev yolunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları da daim diqqət və qayğı göstərir. Qanunvericilik bazası dövlət təminatı ilə möhkəmləndirilir. Demokratik cəmiyyətin tərəqqisi üçün bələdiyyələrə ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğı ulu öndərin yaratdığı Azərbaycan bələdiyyələrinə hörmət və ehtiramın əlamətidir. Bələdiyyə institutunun daha da təkmilləşdirilməsi və etimadın doğruldulması seçkilərdən keçir. Qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların düzgün seçimi vacibdir. Qabiliyyətli, təşkilatçı, təcrübəli, hörmətli insanların yerli özünüidarəetmə orqanlarına seçilməsi zamanın tələbidir və hər bir vətəndaş bunu qiymətləndirməlidir. Bələdiyyə elə bir idarəetmə sistemidir ki, orada çalışan insanlar, hər bir gənc ictimai-siyasi və sosial-iqtisadi həyatımızın əksər sahələrinə nüfuz etməyə, idarəetmə ilə bərabər insanların arzu və istəklərini öyrənməyə, tələbatını ödəməyə məcburdurlar.

Bələdiyyə seçkiləri
Şahin Kərimov,
İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz