İsmayıllının 83 yaşı qeyd olundu

83 il öncə Azərbaycanda yeni bir ərazi vahidi –İsmayıllı rayonu yaradıldı. Ayrı-ayrı vaxtlarda müxtəlif inkişaf dövrü yaşayan, sosial-iqtisadi, infrastruktur, sənaye və kənd təsərrüfatı baxımından inkişaf edən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi əhatə edir. Əhalinin sayı 83 min nəfərdən yuxarı olmaqla 33 faizi şəhərdə, 67 faizi isə kəndlərdə yaşayır.
İsmayıllının 83 yaşı qeyd olunduİsmayıllının 83 yaşı qeyd olundu

83 il öncə Azərbaycanda yeni bir ərazi vahidi –İsmayıllı rayonu yaradıldı. Ayrı-ayrı vaxtlarda müxtəlif inkişaf dövrü yaşayan, sosial-iqtisadi, infrastruktur, sənaye və kənd təsərrüfatı baxımından inkişaf edən rayon bu gün 1 şəhər, 2 qəsəbə və 105 kəndi əhatə edir. Əhalinin sayı 83 min nəfərdən yuxarı olmaqla 33 faizi şəhərdə, 67 faizi isə kəndlərdə yaşayır.
Bu gün rayonda kənd təsərrüfatı, sənaye, turizm, elm və təhsilin inkişafına xüsusi diqqət yetirilir, rayon mərkəzi, qəsəbə və kəndlər sürətli inkişaf dövrünü yaşayır, insanların sosial həyatında, məişətində yeniləşmə özünü göstərir. İsmayıllılar daha xoşbəxt və firavan həyata qovuşurlar .
Noyabr ayının 24-də Heydər Əliyev Mərkəzində rayonunun yaradılmasının 83-cü ildönümünə həsr olunmuş toplantı keçirildi.
Əvvəlcə rayon rəhbərliyi, ağsaqqallar, qabaqcıl ziyalılar, əmək və müharibə veteranları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoydular.
İsmayıllının 83 yaşı qeyd olundu

Tədbiri giriş sözü ilə RİH başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açdı. Ümummilli liderin ölkə Prezidentinin İsmayıllı və ismayıllılara verdiyi yüksək dəyəri onların söylədikləri kəlamlarla bir daha xatırlatdı.
Dövlət qulluğu veteranı Valeh Salehov rayonunun keçdiyi inkişaf tarixi barədə ətraflı məlumat verdi, ölkə başçısının, rayon rəhbərliyinin İsmayıllıya göstərdiyi yüksək diqqət və qayğıdan danışdı.
Şəhər 1 və 4 nömrəli məktəblərin müəllimləri Mirvari Musayeva, Rəna Mirzəliyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı RK-nın sədri Zahid Əkbərov, “Heydər Əliyev İdarəetmə Məktəbi”nin icraçı direktoru Fərman Bəşirov, Müharibə, Əmək və Hərbi Qulluqçular Veteranları Şurası İsmayıllı rayon şöbəsinin sədri Abduləli Əliyev çıxış edərək öz xatirələrini, rayonun gələcək inkişafı ilə bağlı mülahizə və təkliflərini söylədilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yubiley tədbirində çıxış edərək, cənab Prezident İlham Əliyevin İsmayıllıya xüsusi qayğı və diqqət göstərdiyini, rayonun inkişafı üçün bundan sonra da lazımi tədbirlərin görüləcəyini, onun turizm, kənd təsərrüfatı, sənaye potensialından maksimum istifadə olunacağını yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Rayonun keçdiyi tarixi yolda yaddaqalan xidmətləri olmuş bir qrup veteran mükafatlandırıldı.
Tədbir konsert proqramı ilə yekunlaşdı.
Murad Məhərrəmov

Şərh Yaz