Dostluq mübadiləsi – qürurverici an

2014-cü il noyabr ayının 14 və 15-də Bakıda Kiçik Karvansarayda (Art Garden) Yaponiyanın tanınmış iş adamları tərəfindən ilk dəfə olaraq Yaponiya istehsalı mallarının sərgisi keçirildi.
Dostluq mübadiləsi - qürurverici anDostluq mübadiləsi – qürurverici an

2014-cü il noyabr ayının 14 və 15-də Bakıda Kiçik Karvansarayda (Art Garden) Yaponiyanın tanınmış iş adamları tərəfindən ilk dəfə olaraq Yaponiya istehsalı mallarının sərgisi keçirildı.
İştirakçısı olduğumuz bu cur sərgilərin Yaponiya ilə Azərbaycanın iş adamları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsində rolu çox önəmlidir.
Biz – İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin Yapon Mərkəzinin şagirdləri və koordinatoru, bu sətirlərin müəllifi həmin sərgidə iştirak üçün Sakura Azərbaycan-Yapon İctimai Birliyi və Azərbaycan-Yapon Dostluq və Əməkdaşlıq forumunun rəhbərliyi tərəfindən (Azerbaijan Japan Friendship & Cooperation Forum) dəvət məktubu aldıq.
Dostluq mübadiləsi - qürurverici an

Dəvəti məmnuniyyətlə qəbul etdik və bizi Sakura Azərbaycan-Yapon İctimai Birliyinin rəhbəri Təranə xanım və AS Glogal Management Co, LTD-nin başçısı (sərginin təşkilatçısı) Noriyuki Hotta qarşıladı. Sərgiyə sürəkli alqışlar aıtında daxil olduq.
Sərgininin açılışını edən Yaponiya səfiri Tsuquo Takahaşi noyabrın 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında imzalanmış sazışdən və məktəblər arasındakı əlaqələrdən danışdı.
Dostluq mübadiləsi - qürurverici an

Burada çox qürurverici anlar yaşadıq. Festivalda 40-dan çox məşhur şirkətin müxtəlif sahələrdə təqdim etdiyi məhsullarla tanış olduq. Bunlardan hədiyyələr, zərgərlik məmulatları, yapon milli üslubunda çantalar, geyimlər, foto və video texnikaları, yaşıllaşdırma, dizayn və dekor, vitaminlər və bioloji aktiv əlavələr, təbii kosmetika, dekorativ kosmetika, müalıcəvi profilaktik sağaldıcı kosmetika, qida məhsulları, incəsənət və digər sahələrdə təqdim edilən məhsullar idi. Biz bu sərgidən çox şeyörəndik. Ən başlıcası, yaponların öz əl işlərinə və məhsullarının təbiiliyinə verdiyi yüksək dəyəri gördük. O an yadıma açıq səma altında müzey olan Lahıc və onun sənətkarları, misgərləri, dəmirçiləri, xalçaçıları düşdü. Onların hazırladıqları hər bir əl işi bir sərgi eksponatıdır.
Arzu edərdim ki, bir gün belə bir səgri-festival Yaponiyada Azərbaycanlı iş adamları tərəfindən keçirilsin. Bu sərgidən bəhrələnərək şagirdlərimizlə birgə Yapon kağız incəsənəti olan origamilər və digər əl işlərindən ibarət sərgi-satış keçirməyi planlaşdırırıq. Bu sərgini Yapon şagirdlərinin rayonumuza gəlişi zamanı ərəfəsində nümayiş etmək niyyətindəyik.
Aytəkin Əhmədova

Şərh Yaz