Beynəlxalq konfransda

Müasir dövrdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də məqsədyönlü islahatlar böyük uğurla həyata keçirilir. Bu islahatlar əzəmətli və möhtəşəmdir, çünki bunların təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün də layiqincə yerinə yetirilir. İslahatların həyata keçməsində bir müəllim kimi, mən də kiçik töhfəmi verməyə çalışıram. Əmək fəaliyyətinə başladığım gündən müxtəlif yerli və beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edir, bilik səviyyəmi və tədrisin keyfiyyətini artırıram.
Beynəlxalq konfransdaBeynəlxalq konfransda

Professor Əjdər Ağayevin rəhbərliyi altında Təhsil Şurası müxtəlif layihələr həyata keçirir. Bu layihələr bir-birindən maraqlı və rəngarəng olur. Təhsil Şurasının Gürcüstan Respublikasında planlaşdırdığı birinci beynəlxalq elmi-təcrübi konfransda iştirak etmək mənə çox böyük qürur verirdi. Artıq bir neçə xarici ölkədə təcrübə mübadiləsində olmuşdum və yenidən belə bir imkanın verilməsi məni çox sevindirirdi. Beynəlxalq konfrans 13-15 noyabr 2014-cü il tarixlərində Gürcüstanın Kabuleti şəhərində keçirildi. “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda elmi-təcrübi konfransda iki ölkənin təhsil sistemi müqayisə edildi və onların hər biri ilə daha yaxından tanışlıq imkanı yarandı.
Konfrans müddətində Kabuleti şəhərinin, eləcə də şəhərətrfı müxtəlif kənd məktəblərində qonşu ölkənin təhsil sistemi ilə tanış olduq. Dərslərdə iştirak etdik. Kifayət qədər pedaqoji təcrübəmə baxmayaraq, hər dərsdən nəsə bir yenilik öyrənməyə çalışırdım. Öyrəndiklərimi dərslərimdə tətbiq etməyə səy göstərəcəyəm.
Konfransın yüksək səviyyədə təşkilinə görə hörmətli yazıçı-jurnalist və gözəl insan Böyükağa Mikayıllıya dərin minnətdarlığımızı bildiririk. Çox şadam ki, bu konfransda Respublikanın Əməkdar müəllimi Hikmət Haqverdili və “Tərəqqi” medallı müəllim Çingiz Muradlı ilə bərabər olmuşam.
Şərafət Bayramov,
Cülyan kənd tam orta məktəbinin ingilis dili müəllimi

Şərh Yaz