Rayona turist axını güclənir

Sentyabr ayının 27-də İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Ümumdünya Turizm Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Turizm İnformasiya Mərkəzinin icraçı direktoru Tərlan Mursalov tədbirə qatılanları Ümumdünya Turizm Günü münasibəti ilə təbrik edib, İsmayıllının gəzməli-görməli yerləri haqqında məlumat verib və rayonda son vaxtlar turizm sahəsinin inkişaf etməsindən, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayonda həyata keçirilən abadlıq və yenidənqurma işlərinin nəticəsi olaraq, rayona turist axının gücləndiyini deyib.

Rayona turist axını güclənirRayona turist axını güclənir

Tədbirdə Azərbaycanın, rayonumuzun və dünyanın gəzməli-görməli yerləri haqqında məlumatları əks etdirən bukletlər, braşurlar və jurnallardan ibarət sərgi təşkil edilib.
Konsert proqramında Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzinin “Niyal” ansamblının üzləri – Bəhruz Həşimov, İntiqam İbrahimov, Rövşən Teyyubov bir-birindən rəngarəng mahnılar səsləndiriblər.
Fazil Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbinin İvanovka rəqs qrupunun çıxışları və Aşıqbayramlı kənd yaradıcılıq qrupunun üzvü Aytac Ağayevanın hind rəqsi alqışlarla qarşılanıb.
Ç.Bəhərçinli

Şərh Yaz