Bank-kredit sektoru – debitor-ictimaiyyət və media münasibətləri

Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) “Bank-kredit sektoru – debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
“KredAqro” BOKT-nin İsmayıllı şəhərindəki filialında keçirilən tədbirdə bank-kredit sektorunun yerli filiallarının, regional qəzetlərin təmsilçiləri, müştərilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Bank-kredit sektoru - debitor-ictimaiyyət və media münasibətləriBank-kredit sektoru – debitor-ictimaiyyət və media münasibətləri

Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) “Bank-kredit sektoru – debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
“KredAqro” BOKT-nin İsmayıllı şəhərindəki filialında keçirilən tədbirdə bank-kredit sektorunun yerli filiallarının, regional qəzetlərin təmsilçiləri, müştərilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Bank-kredit sektoru - debitor-ictimaiyyət və media münasibətləri
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə məlumat verib:
– Rəhbəri olduğum qurum 3-cü ildir ki, “KredAqro” BOKT ilə əməkdaşlıq edir. Bank-kredit sektoru həyatının mediada çox zəif işıqlandırılması kimi mənfi tendensiyanın aradan qaldırılması məqsədi 2012-ci il də birgə əməkdaşlığımızın təməlinı qoyduq. Biz ona görə də “KredAqro”nu layihə tərəfdaşı seçdik ki, 2000-ci ildən Azərbaycanın 9 regionunda sahibkarlara maliyyə xidmətləri göstərmək üçün yaradılan təşkilat media ilə əməkdaşlığı, maarifləndirməni özünün daim prioritet istiqamətlərindən sayır. Elə ilk ildə bunun müsbət nəticələri özünü göstərdi. 2012-ci ilin 9 ayında aparılan monitorinqlər 31 KİV-də 4210 material verilməsinə səbəb oldu. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur.
Qazanılan uğurun missiyaya bölgə mətbuatının cəlb edilməsinə həvəsləndirdiyini deyən R.Hüseynzadə ötən ilin layihəsi çərçivəsində Şəki, Quba, Lənkəran və Bərdədə keçirilən tədbirlərin yerli KİV-lərin bu sahəyə üz tutduqlarına təsirsiz qalmadığını vurğulayıb. Qeyd edib ki, 2014-cü ildə debitorlar da layihənin əhatə dairəsinə qoşulub.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Valeh Salehov belə formatda görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb, bu görüşlərin KİV nümayəndələri və banklar arasında əlaqələrin sıxlaşmasına xidmət etdiyini deyib.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov bankların qəzetlə olan əlaqələrindən danışıb, bankların xidmətindən razılıq edənlərin öz fikirlərini qəzetlə paylaşmasını bankların xeyrinə işləyəcək məqam kimi qeyd edib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, ixtisasca jurnalist Lətifə Əliyeva bankların xeyriyyəçilik aksiyalarına qoşulmasından, bu banklar sırasında “Finca” bankın xüsusi fəallıq göstərdiyindən danışıb.
“Göyçay” qəzetinin baş redaktoru Abdulla Əliyev təmsil etdiyi rayonda bankların qəzetlə olan əməkdaşlığı haqqında məlumat verib.
Jurnalist İntiqam Mehdiyev tədbirin banklar və qəzetlər arasında gələcəkdə yaranacaq əməkdaşlıqlara yol açıdığını deyib.
“KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev iştirakçıların diqqətini əvvəlcə təmsil etdiyi qurumun fəaliyyətinə çəkib. Qurumun Azərbaycanın bank olmayan kredit təşkilatlarının nüfuzlu nümayəndələrindən olduğunu söyləyərək “Consulting & Business” kimi tanınmış, işgüzar jurnal tərəfindən 2008-2012-ci illərin “Bank olmayan kredit təşkilatı” nominasiyasının qalibi kimi “İlin şirkəti” mükafatına, ötən il isə Fransanın paytaxtı Parisdə “Business İnitiavite Directions” (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “WQC AVARD” mükafatının “Qızıl” kateqoriyasına layiq görüldüyünü deyib.
“KredAqro” BOKT-un İsmayıllı rayon filialının müdiri Nofəl Fərhadov istehlak, biznes, ekspress, kənd təsərrüfatı kreditləri verdildiyini diqqətə çatdırıb.
“Muğan” bank, “Kapital” bank və “Beynəlxalq” bankın əməkdaşları tədbirin əhəmiyyətindən danışıblar.
Bankın müştəriləri Şərəf Mikayılov, Janna İbrahimova, Rəşidə Məmmədli bankın xidmətlərindən razılıqla danışıblar.
Ç.Bəhərçinli

Şərh Yaz