Ziyarət yerimiz olacaq

Sentyabr ayının 21-də şəhərimizin Nizami küçəsi ilə M.Orucov küçəsinin kəsişdiyi yerdə böyük izdiham vardı. Şəhər sakinləri daha bir ziyarətgah yerinin açılışına toplaşmışdılar. “Ana harayı” adlanan və erməni soyqırımına məruz qalmış vətəndaşlarımızın xatirəsinə həsr edilmiş möhtəşəm abidənin açılışı oldu. Buraya əllərində qırmızı qərənfillər tutmuş müharibə, əmək və Qarabağ döyüşlərinin veteranları, digər şəhər sakinləri gəlmişdilər. Hamı intizarla tədbirin açılışını gözləyirdi. RİH aparatının, rayon inzibati orqanlarının işçiləri də burada idilər.
Ziyarət  yerimiz  olacaqZiyarət yerimiz olacaq

Sentyabr ayının 21-də şəhərimizin Nizami küçəsi ilə M.Orucov küçəsinin kəsişdiyi yerdə böyük izdiham vardı. Şəhər sakinləri daha bir ziyarətgah yerinin açılışına toplaşmışdılar. “Ana harayı” adlanan və erməni soyqırımına məruz qalmış vətəndaşlarımızın xatirəsinə həsr edilmiş möhtəşəm abidənin açılışı oldu. Buraya əllərində qırmızı qərənfillər tutmuş müharibə, əmək və Qarabağ döyüşlərinin veteranları, digər şəhər sakinləri gəlmişdilər. Hamı intizarla tədbirin açılışını gözləyirdi. RİH aparatının, rayon inzibati orqanlarının işçiləri də burada idilər.
Ziyarət  yerimiz  olacaq
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov mikrofona yaxınlaşmış və tədbiri açıq elan etmişdir. Natiq zaman-zaman ermənilərin soyqırıma əl ataraq dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışdı.1918-ci ildə Bakıda, onun ətrafındakı yaşayış məntəqələrində, həmçinin Qubada, Şamaxıda və digər bölgələrdə olan qırğınlardan söz açdı. Mirdaməd müəllim ermənilərin rayonumuzun ayrı-ayrı kəndlərində törətdikləri qırğınlardan geniş danışdı…
Oxuculara daha ətraflı məlumat vermək məqsədilə bir haşiyə çıxmaq yerinə düşər. 1918-ci ildə rayonumuzun 12 kəndi erməni soyqırımına məruz qalmışdır. Həmin kəndlərdən 1029 nəfər qadın, qoca və uşaq erməni cəlladları tərəfindən qətlə yetirilmişdir. Azərbaycan hökumətinin 1919-cu ildə təşkil etdiyi Fövqəladə İstintaq Komissiyasının istintaq protokoluna əsasən rayonumuzun Tircan kəndində 300 nəfər kişi, 40 qadın, 20 uşaq, Mücüdə 150 nəfər kişi, 55 nəfər qadın, 25 nəfər uşaq, Bizlan kəndində 50 nəfər kişi, 30 nəfər qadın, 20 nəfər uşaq, Zeyvə kəndində 30 nəfər kişi, 20 nəfər qadın, 32 nəfər uşaq, Sulut kəndində 38 nəfər kişi, 2 nəfər qadın, 4 nəfər uşaq, Qıçatan kəndində 30 nəfər kişi, 26 nəfər qadın, 21 nəfər uşaq qətlə yetirilmişdir. Bundan əlavə, rayonun Sərdahar, Zərnava, Xankəndi və başqa kəndlərində də soyqırıma məruz qalanlar var. Ermənilər mal-qaranı, evləri talan etmiş, kəndləri yandırmışlar. Bu vəhşi barbarlar daha çox ziyan vurmaqla məşğul olmuşlar. Biz bu həqiqətləri böyüməkdə olan gənc nəsilə çatdırmalıyıq…
M.Sadıqov Xocalı şəhərinin yerlə yeksan edilməsi, əhalisinin qəddarcasına qırğına məruz qalması, Qarabağda digər yaşayış məskənlərinin dağıdılması kimi vəhşiliklər barəsində məlumat verdi.
Qarabağ döyüşlərinin veteranları Əlsahab Əzizov, Ravid Pənahov, ikinci dünya müharibəsinin veteranı Niyaz Ağayev, şəhər 4 nömrəli tam orta məktəbinin müəllimi Rəna Mirzəliyeva çıxış edərək soyqırım abidəsinin açılışının əhəmiyyətindən danışmışlar. Onlar qeyd etdilər ki, “Ana harayı” abidəsi Şəhidlər xiyabanı kimi gənc nəslin ziyarətgahına, and yerinə çevriləcəkdir. Yeni ailə quranlar, hərbi xidmətə yola düşənlər buraya gələrək sədaqət andı içə bilərlər.
Açılışa gələnlər kəndlərdə soyqırıma məruz qalanların adları yazılmış qara mərmər lövhələr önünə çiçəklər düzdülər. Abidənin önünə gül səbəti və qərənfillər qoyuldu. Burada əbədi məşəl də yandırılacaqdır.
Abidənin ətrafı yaşıllaşdırılmış, buraya bəzək və gül kolları əkilmişdir. Abidənin yanındakı iri meydançaya daş döşənmiş və digər abadlıq işləri görülmüşdür. Abidənin yeri də çox yaxşı seçilmişdir. Rayonumuza gələn qonaqların, qonşu rayonuna gedib-gələnlərin yolları da buradan keçir. Buranı ziyarət edən hər kəs abidəni görüb erməni vandalizmini lənətləyəcəkdir.
B.Babayev

Şərh Yaz