Gənclərə qayğı

ATİAHİ İsmayıllı RK-də təhsil müəssisələrində çalışan və təhsil alan gənclərin əsl vətəndaş kimi yetişməsində, elmli, savadlı olması, istedadlarının üzrə çıxarılması və inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması sahəsində müntəzəm tədbirlər keçirir. Hər il olduğu kimi bu ildə də il ərzində müxtəlif bilik yarışlarında, olimpiadalarda, idman yarışlarında, Respublika və Beynəlxalq müsabiqələrdə iştirak edib qalib gəlmiş 80 nəfərdən çox istedadlı şagird “İstedad soragında” rayon toplantısında RTŞ-si və RK-nın diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşdur. Bu günlərdə daha bir neçə tədbir keçirilmiş, gənclər mükafatlandırılmışlar. RİH-nın təşkilatçılığı ilə keçirilən “Təhsil bayramı”nda bu il tələbə adını qazanmış 276 nəfər məzunun hər biri RK-si tərəfindən qiymətli hədiyyə verilmişdir.
Gənclərə qayğıGənclərə qayğı

Bu il Təhsil Nazirliyinin keçirdiyi imtahandan sonra rayona müəllim peşəsinə yiyələnmiş 50-dən çox gənc müəllimin andiçmə mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən RTŞ-nın müdiri R.Orucov Təhsil Nazirliyi tərəfindən son ildə kənd yerlərində işləyən müəllimlərə veriləcək imtiyazların artırılmasından, onlara göstərilən qayğıdan, yeni təlimatlardan məlumat vermişdir. Sonra gənc müəllimlərin həmkarlar İttifaqı təşkilatlarında qeydə alınması, “Gənc müəllimlər” şurasına üzv olması, onlara yaşadığı yerlərdə mənzil-məişət, əmək şəraitinin yaradılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində Həmkarlar Komitəsinin göstərdiyi xidmət haqqında bu sətirlərin müəllifi, RK-nın sədri H.Kərimov məlumat vermişdir. Gənc müəllimlər təntənəli şəkildə Azərbaycan bayrağı altında and içərək iş yerlərinə getmişlər. Həmkarlar İttifaqı rayon komitəsi gənclərlə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, idman yarışları, ekskursiyalar və digər tədbirləri keçirməyi planlaşdırmışdır.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK- nın sədri

Şərh Yaz