Hüquq insan üçündür

Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Hüquq insan üçündür!” adlı layihə ilə bağlı sentyabr ayının 19-da şəhər 3 nömrəli tam orta məktəbində tədbir keçirib.
Hüquq insan üçündürHüquq insan üçündür

Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Hüquq insan üçündür!” adlı layihə ilə bağlı sentyabr ayının 19-da şəhər 3 nömrəli tam orta məktəbində tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov İsmayıllı gənclərinin təhsildə əldə etdiyi uğurlardan söz açıb, gənclərin maarifləndirilməsi istiqamətində layihənin əhəmiyyətini vurğulayıb.
Hüquq insan üçündür
Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi sədri Elçin Manafov ölkəmizdə hər bir fəaliyyətə dair qanunun olmasını və bu qanunların gündən-günə təkmilləşdirildiyini bildirib. Gənclərə Azərbaycan Respublikasının Konstitusiyasında, Əmək Məcəlləsi və Mülki Məcəllədə əksini tapan hüquqlar haqqında məlumat verib. Gəncləri maraqlandıran suallara cavab verilib. E.Manafov tədbirin təşkilatçılığına görə İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov gənclərin maarifləndirilməsi istiqamətində keçirilən tədbirin önəmini qeyd edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz