Yaxşı adam…

“Dağ çiçəkləri”ni 2002-ci ildən sonra “solmağa” qoymayan, ətirini biz oxuculara müntəzəm çatdıran bir yaxşı adamdan söhbət açmaq istəyindəyəm.
Dünyada nə qədər yaxşı adam var,
Yaxşıhq insanla əkiz doğulur.
Ən yaxş adamlar, yaxşı adamlar
Nədənsə, dünyada oxşarsız olur.
(M.Araz)
Yaxşı adam…

“Dağ çiçəkləri”ni 2002-ci ildən sonra “solmağa” qoymayan, ətirini biz oxuculara müntəzəm çatdıran bir yaxşı adamdan söhbət açmaq istəyindəyəm.
Dünyada nə qədər yaxşı adam var,
Yaxşıhq insanla əkiz doğulur.
Ən yaxş adamlar, yaxşı adamlar
Nədənsə, dünyada oxşarsız olur.
(M.Araz)
Qısa tanışlıq: Qasımov Nazir Xanbaba oğlu 22 sentyabr 1954-cü ildə İsmayıllı rayonunun Talıstan kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, tələbə ikən Ümumittifaq Komsomolu MK-nin “Əla təhsilə görə” döş nişanı və Fəxri fərmanını almış, N.Gəncəvi adına fəxri təqaüdə layiq görülmüş, Gəncə şəhər Sovetinə deputat seçilmişdir. 1975-ci ildə azad təyinatla doğma kəndinə qayıdaraq müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Söhbəti “Dağ çiçəkləri” ilə başladığım üçün bir xatırlatma:
1970-80-ci illərdə “Dağ çiçəkləri” İsmayıllıda yaradıcılıq həvəsi olan (şeir, nəsr və s.) həvəskarlarını dövrəsinə yığdı, hörmətli şairimiz Musa Yaqub bu gənclərə geniş meydan verdi. Daha yaxşılar qələmlərini, ürək duyğularını sınadılar və sözün həqqi mənasnda böyük bəhrə oldu. Neçə-neçə İsmayıllı gənci şeir dünyasının sakininə çevrildi. Bunların içində haqqında söhbət açdığım N.Qasımov olmaqla.
Nədənsə, insana əziz olan bir mövzu haqqında yazmaq istəyəndə şablon ifadələrdən, təkrar hallanan ibarələrdən qaçmağa çahşırsan. İstəyirsən ki, ürəyini soyutmaq, düzgünlüyü oxucuna çatdırmaq üçün elə söz tapıb deyəsən ki, qəhrəmanının şərəfinə, həqiqət naminə layiq olsun. Düzü, bu söz ehtiyatı indi qırtdı, tükənib: hörmətli Nazir müəllim haqqında bu xırda yazı yazılana kimi, yəni mənə qədər milyon kərə bu insan haqqında deyilmiş “Yaxşı adamdır” sözünü təsdiq etməyə mən borcluyam.
“Dağ çiçəkləri” ədəbi məclisinin daimi üzvlərindən olan “Tərəqqi” medallı Hacıməmməd Məmmədovun dediklərindən:
– Zirvəsi səmalara ucalan əzamətli dağlarla əhatələnmiş, şəninə neçə-neçə şeirlər, mahnılar yazılmış İsmayıllı torpağının Talıstan kəndində doğulmuş 60 yaşı tamamlayan müəllim və şair dostum Nazir haqqında danışmaqdan şərəf duyuram. Nazir müəllimi sakit dənizə, yeri gələndə təlatüm yaradan dağ çayına bənzətmək olar. Safdır, təmizdir, düzgünlüyü və həqiqəti sevir. Şeirlərində dərin məna, torpağa, elə məhəbbət böyükdür. Ən qısası, yaxşı adamdır.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan N.Qasımov 1985- ci ildə “Baş müəllim” adı almış, uzun illər Talıstan kənd orta məktəbinin komsomol, partiya təşkilatına rəhbərlik etmiş, sonralar isə Nizami adına kolxozda ilk partiya komitə katibi, kolxoz sədrinin müavini, kənd sovetinə deputat seçilmişdir. 1995-ci ildən isə YAP-nın üzvüdür. 1992-ci ildən indiyədək RİH başçısının Talıstan İƏD-i üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir, fəal ictimayətçidir.
Bu axarda N.Qasımovu yaxından tanıyan hörmətli ziyalımız, dövlət qulluğu veteranı Valeh Salehov deyir:
-Talıstan mənim anamın yurdudur, elidir, obasıdır. O buradan taleyin hökmü, Allahın qisməti ilə Köhnədaxara köç edib. Ailə səadətini orda tapıb. Sonradan da ailəmizin Talıstanla sıx əlaqəsi davam edib. Ən çox düşdüyümüz ev Əzizovların evi olub. Nazir məllimin qayınanası Əzizə bacı da Məhərrəmovlar üzvü olub. Qohumluq əlaqəsi öz yerində, mən Nazir müəllimlə, qardaşı Aydın müəllimlə həmkaram – biz Azərbaycan dili və ədəbiyyatı müəllimiyik.
Nazir müəllimlə tamşlığım, səmimi münasibətlərim nə vaxtdan başlayıb? Doğrusu, dəqiq tarix deyə bilmirəm. Bu günü və ya ili dəqiq yadımda saxlamış olsaydım, bəlkə də münasibətlərimiz davam etməzdi. Bildiyim odur ki, Nazir Qasımovla tanışlığım rayon qəzetində redaktor işlədiyim vaxtdan başlayıb. (Baş redaktor yox ha, redaktor. İndi 3 ayda bir nömrə buraxan, özündən başqa işçisi olmayan özünü “Baş redaktor” kimi təqdim edir). Nazir müəllim “Zəhmətkeş” qəzeti redaksiyası nəzdindəki “Dağ çiçəkləri” ədəbi məclisinin üzvü idi, yaxşı şeirlər yazırdı, çapına təkid etmirdi, iddialı deyildi: şeiri ədəbi məclisdə müzakirə olunandan sonra redaksiyanın ixtiyarına verərdi; çap etməyi də redaktorun öhdəsinə buraxardı.
O, poeziya həvəskarları kimi, mən də yazı adamı kimi Nazir müəllimlə səmimi yoldaş olduq. Burada qarşılıqlı hörmətə əsaslanaraq yaranmış əməkdaşlıq, təhsil sahəsində çalışdığımız zaman daha da dərinləşdi. Mən Rayon Xalq Maarif Şöbəsinin müdiri (indi Rayon Təhsil Şöbəsi) işləyərkən Talıstan orta məktəbində doğma dilimizi və ədəbiyyatımızı tədris edən Nazir müəllimin qabaqcıl iş təcrübəsinin yayılmasında iştirak etmişəm. Onun sinfində imtahanlar nəzarətə götürüləndə nəticələr həmişə yüksək olub.
Hansı sahədə çahşmasından asılı olmayaraq, Nazir Qasımov həmişə zəhmətkeşliyi ilə seçilib. Düzdür, bir çoxu bu sözü indi ironiya ilə işlədir. Əslində zəhmətdən, əməksevərlikdən uzaq olanların özləri istehzalı münasibətə layiqdirlər. Bəli, Nazir Qasımov müəllim kimi də, şair kimi də, icra nümayəndəsinin müavini kimi də zəhmətkeşdir. Təkəbbürdən, lovğalıqdan uzaqdır. Yaxşı insanlar haqqında layiq olduqları yaxşı söz deməyi özüm üçün də yaxşılıq hesab edirəm…
Yaxşı yadımdadır. O zaman mən İsmayıllının bir dağ kəndində yaşasam da Talıstan kəndini böyük şairimiz S.Vurğunun “Talıstan” poemasından qiyabi taniyirdım. Sonralar bu kəndi görən zaman heyran oldum və qəlbimdə suallar doğdu. Bu boyda kənd olar?!
Bu böyük kəndin yaradıcı ziyalısı, məni bu kəndlə qiyabi tanış edən şairimiz S.Vurğuna da borclu qalmadı. S.Vurğunun Talıstan kəndinə gəlişi ilə bağlı xatirələri qəzetlərdə, topladığı folklor nümunələrini isə “Əfsanələr” kitabında çap etdirdi. Həmçinin, şeirlərini ulu öndərimiz Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Mübarək səfərlər, səmimi görüşlər”, rayon şairlərini şeirlərdən ibarət “Dağ çiçəkləri” (ədəbi toplu, Bakı 2009), T.Əmirlinin “Eldən xəbər al”, şair Ş.Dağlaroğlunun “Ömürdən 50 yarpaq”, H.Mirzəyevin “Müəllim ömrü” kitablarında da nəşr etdirmişdir.
Talıstan kəndində məskunlaşmış Qarabağdan qaçqın düşmüş iki qardaş Cəmşid və Həsrət Abuşovların dediklərindən:
-Məmurun, rəsmi dövlət adamınin xeyirxah, elinə yanan olması onu daha da hörmətli edir. Bu torpağa qədəm bäsdığımız andan bizim ailəmiz Nazir müəllim və onun kimi yaxşı adamların diqqətindədir. Allah onu qorusun, daima sağlam olsun, onu 60 yaşı münasibətilə təbrik edirik! Balalarını xoşbəxt görməyi arzulayıq!
Nazir müəllim haqqında söz demək istəyən insanlarla əhatələndim. Bu insanlar arasında dostlar, qohumlar, tanışlar, zəhmətkeş insanlar hamısı ağızdolusu xoş xatirələrini danışdılar.
Ismayıllı rayon Polis şöbəsinin rəis müavini, polkovnik-leytenant Əbülfəz Bədəlov isə qonşu kimi hisslərini və istəyini bizimlə bölüşdü:
– Nazir qonşumu müəllim, şair, dövlət qulluqçusu kimi təqdim edərkən, bir məsələni daima yadda saxlamaq lazımdır. Məhəmməd peyğəmbər (s.a.s) buyurmuşdur ki, “Yol, su çəkən və elinə yaxşı övladlar bəxş etmiş insanlar ən yaxşı insanlardır”. Bəli, Nazir müəllim yaxşı ailə başçısıdır. Həyat yoldaşı və üç övladı ali təhsilli Azərbaycan vətəndaşlarıdır. Böyük oğlu Nəvai Respublikanın mötəbər bir təşkilatında – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, qızı Nərmin Talıstan kənd tam orta məktəbində, anası ilə birgə müəllim kimi əmək fəaliyyətindədir. Kiçik oğlu Sənani İsmayıllı rayon Məhkəməsində işləyir. Özü isə artıq 20 ildən artıqdır ki, Talıstan kənd nümayəndəliyində qüsursuz, dövlət qulluğundadır. Əsl ziyalı və yaxşı eloğludur. Şair kimi incə qəlbi var. Duyğusal və səmimidir.
– Bəzən insanın böyük vəzifəsi, maddi durumu onu el deyimindən: “Quru adamdır, uyuşmazdır” ifadələrindən xilas etmir. El yanğısı, doğulduğu kəndə, böyük Vətəninə sevgi və qohumluqda səmimiyyət genetik bir haldır deyən, – Lütfı Məhərrəmov söhbətini davam etdirərək, Nazir müəllimin insani keyfiyyətlərini geniş şərh etdi. Yaxın qohum kimi, bu ifadələrin yazıda yer almasını xahiş etdi. Nazir müəllimin övladlarının dayısıyam. Qnlar mənim ürəyimin bir parasıdırlar. Gözəl tərbiyə görmüş, ali təhsil almış, həyatda mövqe tutmağa çalışan bu balaların tərbiyələrinə görə Nazir müəllimə və bacım Pakizəyə minnətdaram. Qohumcanlı və xeyir-şərdə fərqli olan bu insanı biz də ailəliklə təbrik edirik! Həmişə sağlam olmağını ulu Tanrıdan arzulayırıq.
Lütfi müəllim Torpaqşünaslıq üzrə mütəxəssisdir. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Şöbə müdiri, Kollegiya üzvüdür və Nazir müəllimin şeirlərini sevəndir.
Allah tərəfindən bizə əmanət verilmiş insan ömrünü əhatəli təhlil etmək, onun bütün çalarlarını olduğu kimi təsvir etmək məsuliyyət tələb etdiyindən Nazir müəllimin tarixdə qalan ömrünün şərhində qusurlarım varsa, üzr diləməklə onu təbrik edirəm. 60 yaşın mübarək!
Eldar

Şərh Yaz