Şəxsi nümunə, zəhmətsevərlik olduqda


Hamı zamandan şikayətçidir: kimi vaxtın tez keçdiyindən, kimi də gec gəldiyindən gileylənir. Amma zaman heç nəyə baxmır, öz axarı ilə ömürləri yazır. Bir də onda ayılırsan ki, vaxt öz işini görüb. Xüsusən də 60 yaşa çatanda. Bu mənada ömrün bu çağının öz yekunu, öz qiyməti var. Yəni ki, nə iş görə bilmisən, nə ilə yadda qalmısan?
Həmkarımız – Akif Bəhrəm oğlu Bilalov da ömrünün belə bir dayanacağına gəlib çatıb. Şübhəsiz, ömrün müəyyən mərhələlərində hamı dönüb arxaya baxır, ömür kitabını təkrar-təkrar vərəqləyir, hər şeyi saf-çürük edir, bundan sonrakı həyatını düşünür.

Şəxsi nümunə, zəhmətsevərlik olduqdaŞəxsi nümunə, zəhmətsevərlik olduqda

Hamı zamandan şikayətçidir: kimi vaxtın tez keçdiyindən, kimi də gec gəldiyindən gileylənir. Amma zaman heç nəyə baxmır, öz axarı ilə ömürləri yazır. Bir də onda ayılırsan ki, vaxt öz işini görüb. Xüsusən də 60 yaşa çatanda. Bu mənada ömrün bu çağının öz yekunu, öz qiyməti var. Yəni ki, nə iş görə bilmisən, nə ilə yadda qalmısan?
Həmkarımız – Akif Bəhrəm oğlu Bilalov da ömrünün belə bir dayanacağına gəlib çatıb. Şübhəsiz, ömrün müəyyən mərhələlərində hamı dönüb arxaya baxır, ömür kitabını təkrar-təkrar vərəqləyir, hər şeyi saf-çürük edir, bundan sonrakı həyatını düşünür.
Şəxsi nümunə, zəhmətsevərlik olduqda
Akif müəllim ağlı kəsəndən kitab-dəftər görüb, yazı-pozu işi ilə maraqlanıb. Özündən balaca bacı-qardaşına, qonum-qonşu uşaqlarına nəyisə öyrətməyə daim səy göstərib. Hamı kimi, o da məktəbə gedib. 1961-ci ildə İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin birinci sinfinə qəbul olunub. 1971-ci ildə oranı bitirib. Həmin il sənədlərini ali məktəbə verərək qəbul olunub. 1975-ci ildə indiki N.Tusi adına Pedaqoji Universiteti fərqlənmə diplomu ilə bitirərək orta ümumtəhsil məktəblərində ixtisası üzrə işləyib. Təşkilatçılıq bacarığı, məsələlərə çevik yanaşma və obyektiv qiymət vermək qabiliyyəti dəyərləndirilərək 1982-1995-ci illərdə irəli çəkilib, partiya-sovet işlərində məsul vəzifələrdə çalışıb. Ona dəfələrlə müxtəlif vəzifə təkilf olunanda da məktəbdə işləməyi üstün tutduğunu bildirib.
Akif Bilalov bir müddət rayonun Göytəpə kənd ümumtəhsil orta məktəbində direktor vəzifəsində çalışmışdır. Bu illər ərzində həm özünə, həm də müəllimlərə və şagirdlərə tələbkarlıqla yanaşaraq təlimin və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ardıcıl iş aparmış, müxtəlif mövzulara həsr olunmuş elmi-təcrübi konfranslarda, seminarlarda, şura iclaslarında çıxışları daim maraqla qarşılanmışdır. Onun üçün müəllimlik ən yüksək, ən uca zirvə olduğundan N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbində fəaliyyətinin davam etdirərək, riyaziyyat fənnini şagirdlərimizə sevdirməyə başlamışdır.
Bu çalışqan insanın pedaqoji fəaliyyətinin əsas cəhəti özünə və şagirdlərinə qarşı tələbkar olması, gündəlik dərslərə ciddi hazırlaşması, dərslərini metodik cəhətdən düzgün təşkil edərək əyanilikdən və texniki təlim vasitələrindən istifadə etməsidir.
A.Bilalov riyaziyyat proqramının müasir tələbləri ilə işləyir, hər mövzunun tədrisi üçün üsullar seçir, şagirdlərdə müstəqil işləmək vərdişlərinin aşılanmasına, onlara verilən biliyin möhkəm olmasına çalışır. Yeni materialın izahında şagirdlərin əvvəllər öyrəndiyi nəzəri biliyə əsaslanaraq onların müstəqil nəticələr çıxarmasına nail olur. Bunun nəticəsidir ki, A.Bilalovun dərs dediyi siniflərdə zəif oxuyan şagird yoxdur. Şagirdlərinin çoxu riyaziyyat olimpiadasının məktəb və rayon turunda fərqlənirlər.
Onun ömür taleyinə bir kəlmə söz, əbədi alın yazısı – ZƏHMƏTSEVƏRLİK nəqş olunmuşdur. Bu insan el-obasına xidmət naminə çalışır, qurub-yaradır. Məktəb işi ilə yanaşı kənd təsərrüfatı və kiçik sahibkarlıq işi ilə də məşğul olur.
Məktəb direktoru Qalib Bəşirovun Akif müəllim haqqında dediklərindən:
– Orta məktəbi Akif müəllimlə birlikdə bitirmişik. Bu gün bir kollektivdə çalışırıq. O, səbirli, təmkinli, savadlı və məlumatlıdır. O, özünü bacarıqlı, ixtisasını dərindən bilən bir müəllim kimi tanıtmışdır. Akif müəllim işində dəqiq, intizamlı, özünə qarşı çox tələbkar olan nümunəvi insandır. Şagirdlərinə qarşı münasibətdə mehriban, qayğıkeş, həm də tələbkardır. Buna görə də məktəbimizin müəllim və şagirdlərinin böyük məhəbbətini qazanmışdır.
Söhbət əsasında dərs hissə müdiri Əşrəf Hüseynov dedi:
– Təhsil elə bir sahədir ki, burada qabaqcıl ənənələrə, yeniliklərə istinad etmədən fəaliyyəti günün tələbləri səviyyəsində qurmaq mümkün deyil. Mən uzunmüddətli müşahidələrim nəticəsində yenilikçi fəaliyyəti özünün iş prinsipinə çevirən çox müəllimlər tanımışam. Təqdirəlayiq haldır ki, yenilikçi kimi tanıdığım müəllimlərin hər birinin digərindən fərqli olan cəhətlərini müşahidə etmişəm. Hər birində digərinə bənzəməyən məqamların şahidi olmuşam. Akif Bilalov da belə yenilikçi, qabaqcıl və təcrübəli müəllimlərdəndir. O, dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşünə malikdir. Müəllimlik şərəfini hər şeydən uca tutur. Akif müəllim təlim forması və metodlarını seçərkən pedaqoji sərbəstliyə üstünlük verir, təşəbbüskarlığı sevir.
Əməkdar müəllim Müsavəddin Kərimov öz ürək sözlərini belə ifadə etdi:
– Akif müəllimlə on ildir ki, bir məktəbdə çiyin-çiyinə işləyirəm. İnsana məxsus bütün müsbət keyfiyyətlər onda vardır. Yaşının 60-ı haqlamasına baxmayaraq, Akif müəllimdə peşəsinə qarşı bir gənclik həvəsi aşkar şəkildə özünü göstərir. Fənninə böyük məhəbbəti var. O, təkcə tədris prosesini məktəb proqramı çərçivəsində məhdudlaşdırmaqla kifayətlənməmiş, əlavə materiallardan geniş istifadəyə üstünlük verir. Onun dərsləri həmişə canlı və maraqlı keçir. Fürsətdən istifadə edib onu təbrik edir, ona möhkəm cansağlığı arzulayıram.
Bir çoxlarından fərqli olaraq, o, giley-güzarı sevmir. Həyatı bütün ağrı-acısı, sevinc-kədəri ilə bir tam kimi qəbul edir. Yaşadığı ömrün ən böyük qazancı ailəsi – dörd övladı, səkkiz nəvəsidir.
Bax, beləcə, həmkarımızla ömrünün 60-cı baharının dayanacağında üz-üzə gəldik. 60 yaşını təbrik edir, işinə uğurlar, həyatına sevincli günlər arzulayırıq.
H.Məmmədov

Şərh Yaz