Kurikulum kursları keçirilmişdir

Artıq neçə ildir ki, rayonumuz təhsil sahəsindəki göstəricilərinə görə Respublikada qabaqcıl yerlərdən birini tutur. Yeni tədris proqramlarının (kurikulum) tətbiqi, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün rayonumuzda müxtəlif fənlər üzrə “Kurikulum” kursları keçirilmişdir. Müəllimlərin peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə təşkil olunmuş belə kursların iştirakçılarından biri olmaqla burada öyrəndiklərimiz əsasında daha yeni bilik və bacarıqlara yiyələndik, həmçinin bu müddətdə özümüzə daha yaxın həmkarlar tapdıq. Kurikulum kursları keçirilmişdir

Artıq neçə ildir ki, rayonumuz təhsil sahəsindəki göstəricilərinə görə Respublikada qabaqcıl yerlərdən birini tutur. Yeni tədris proqramlarının (kurikulum) tətbiqi, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün rayonumuzda müxtəlif fənlər üzrə “Kurikulum” kursları keçirilmişdir. Müəllimlərin peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə təşkil olunmuş belə kursların iştirakçılarından biri olmaqla burada öyrəndiklərimiz əsasında daha yeni bilik və bacarıqlara yiyələndik, həmçinin bu müddətdə özümüzə daha yaxın həmkarlar tapdıq.
Yeri gəlmişkən, bu işdə bilik və bacarıqları bizə həvəslə öyrətməyə çalışan kurs təlimçimiz – Gözəl Mustafayevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Rayonumuzda qonaq olan bu gözəl xanımı hər birimiz öyrətmə bacarığına, həm də yüksək insani keyfiyyətlərinə görə sevdik. Burada öyrəndiyim yeni biliklərlə yanaşı, mənim üçün önəmli olan bir də o oldu ki, rayonumuzun ziyalıları içərisində özünəməxsus yeri olan dəyərli müəllimlərimiz – Qalib Bəşirov (6 nömrəli məktəb) qabaqcıl müəllim Aidə Eyyubova (6 nömrəli məktəb), son illərdə beynəlxalq qrant və layihələrin qalibi olan müəllimlərimizdən Ağakərim İsgəndərov (6 nömrəli məktəb), İradə Rüstəmova (1 nömrəli məktəb), tanınmış müəllimlərdən Kainat Xəlilova (3 nömrəli məktəb), Şayəstə Abdulova (6 nömrəli məktəb) və başqaları ilə birgə iştirakçı olub, yeni bilgilər aldıq. Gənc müəllimlərimizdən Sahilə Əsədova (Ruşan kənd məktəbi), Pərvin Mahmudova (3 nömrəli məktəb), Pünhan Mirzəliyev (Göytəpə məktəb), Samir Məmmədov (Yeniyol məktəbi), Fərqanə Əliyeva (Aşağı Zərnava məktəbi), Şəmsiyyə Yusifova (Quşencə məktəbi) və başqaları da hazırlıqlı, çalışqan, fəal olmaları ilə seçildilər.
Elmə, təhsilə verilən dəyər üçün təbii ki, həmişə ziyalılarımıza, müəllimlərimizə borcluyuq. Bizlərə böyüklərimizdən miras qalan bu yolu davamlı olaraq daha da inkişaf etdirmək isə hər bir kəsin borcudur. Ümidvaram ki, burada əldə etdiyimiz nəticələr hər birimizə dərsləri müasir standartlara uyğun qurmaqda, daha yüksək nəticələr əldə etməkdə yardımçı olacaqdır. Əminəm ki, kurs müddətində birlikdə olduğumuz bu 10 günü müəllim həmkarlarım da yaddaşlarında uzun illər xoş xatirə kimi yaşayacaqlar.
Ruhiyyə Camaləddinova,
şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz