“Şəhidlər ölməz, Vətən bölünməz”

Bu deviz altında şəhər 1 nömrəli tam orta məktəbində “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin bir qrup əməkdaşı ilə şagirdlərin görüşü olub. Məktəbin akt zalında baş tutmuş görüşü məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov açıb, qonaqları təqdim edib və Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdən, ermənilərin törətdiyi vəhşiliklərindən danışıb.
“Şəhidlər ölməz, Vətən bölünməz”
Bu deviz altında şəhər 1 nömrəli tam orta məktəbində “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin bir qrup əməkdaşı ilə şagirdlərin görüşü olub. Məktəbin akt zalında baş tutmuş görüşü məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov açıb, qonaqları təqdim edib və Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdən, ermənilərin törətdiyi vəhşiliklərindən danışıb.

“Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medallı, jurnalist Şamil Sabiroğluna söz verilib. O, ən ağır günlərdə dəfələrlə Xocalıda olduğunu, şəhər əhalisinə kömək üçün respublikanın müxtəlif təşkilatlarına müraciət etdiyini, ancaq bunun bir səmərəsi olmadığını deyib. Birliyin sədri o ağır və faciəli günlərdə şahidi olduğu erməni vandalizmindən, yaralılara göstərdiyi köməkdən ürək ağrısı ilə söhbət açıb. O, Xocalı hadisəsi xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib.
Görüşdə Xocalı soyqırımı zamanı 300 nəfərədək insanı xilas edərək şəhid olmuş Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı, Xocalıdan olan məcburi köçkün Füqurə Rüstəmova da iştirak edib. O, qardaşının dörd il Xocalıda vuruşduğundan, əhaliyə göstərdiyi köməkdən – ərzaq, silah-sürsat və sair sahədə göstərdiyi xidmətlərdən danışıb. Füqurə xanım tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Birliyin əməkdaşı Dilbər Sultanova görüş üçün yaradılmış şəraitə görə məktəbin rəhbərliyinə təşəkkürünü bildirib.

Zalın səhnəsində şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərləri, Azərbaycanın Milli Qəhrəmanlarının fotoları olan plakat nümayiş etdirilib. Ekranda slaydlar vasitəsilə Azərbaycanın tarixi sərkərdələri və Milli Qəhrəmanları nümayiş etdirildi. Uşaqlar Xocalı qəhrəmanları və Xocalıdan bəhs edən ədəbi- bədii kompozisiya göstəriblər. Mövzuya uyğun şeirlər söylənib.
Həmyerlimiz, Qarabağ döyüşlərində mərdliklə vuruşmuş, vuruşma zamanı komandirini xilas etmiş birinci qrup müharibə əlili Əlsahab Əzizov cəbhə xatirələrindən danışib.
Sonda İsmayıllı RİH-nin işçisi Valeh Salehov, həmyerlimiz şair Vaqif Nəcəfzadə çıxış ediblər. Şair Vətənə, Qarabağa, şəhidlərə həsr etdiyi şeirlərini oxuyub.
Sonda məktəbin direktoru Ş.Rəsulov qonaqlara təşəkkürünü bildirib.
Tədbirin təşkilinə görə VII b sinfinin rəhbəri Təranə Məmmədovaya və bir neçə fəal şagirdə birliyin Tərifnamələri verilib.
Süleyman Hüseynli,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif rus bölməsinin şagirdi

Şərh Yaz