Şagirdlərdə vətəndaşlıq borcunun tərbiyəsi

Gənc nəslin hərtərəfli şəxsiyyət kimi yetişdirilməsində, onlara kamil vətəndaş duyğusu, vətəndaşlıq borcu kimi nəcib keyfiyyətlərin aşılanmasının mühüm əhəmiyyəti vardır. Vətəndaşlıq hissi mənəvi təmizliyin başlıca mənbəyidir. Hazırkı dövrdə məktəbin, ailənin, cəmiyyətin qarşısında duran vəzifələrdən ən önəmlisi məhz əsl vətəndaş yetişdirməkdən ibarətdir.

Təbii ki, uşağın əsl vətəndaş kimi yetişməsində ayrılıqda nə ailə, nə də məktəb heç bir müvəffəqiyyətli iş görə bilməz. Burada mütləq ailə ilə məktəb birləşməli, müxtəlif məzmunlu üsul və vasitələrdən istifadə etməli, eyni məqsəd daşımalıdırlar.
Ailədə məktəbdə vətəndaşlıq borcu tərbiyəsində uşağın yaşı unudulmamalıdır. I-VII sinif şagirdləri döyüş qəhrəmanlarının şücaəti timsalında yetişərlərsə, VIII-XI siniflərdə bu keyfiyyətlər həm də vətəndaşlıq keyfiyyəti, duyğusu ilə formalaşır.
Elə etmək lazımdır ki, hər kəsdə kiçik yaşlardan vətəndaşlıq əqidəsi aydın şəkildə formalaşsın.
Yuxarı sinif şagirdlərinə hərbi vətənpərvərlik, peşə oriyentasiyası baxışları vermək, onları ailə həyatına hazırlamaq daim ailə və eləcə də məktəbin qarşısında duran ən müvəffəqiyyətli cəhət kimi nəzərdə tutulmalıdır. Çünki, yuxarı sinif şagirdi tezliklə əsgər kimi vətənin müdafiəsinə qoşulacaq, yaxud bir peşə sahibi, nəhayət, ailə sahibi olacaq.
Deyilənlərdən belə bir nəticəyə gəlməliyik ki, siyasi, hüquqi, əxlaqi-mənəvi əhəmiyyət kəsb edən vətəndaşlıq borcu tərbiyəsi ilə məşğul olan müəllim, tərbiyəçi, valideyn hərtərəfli dərin biliyə, geniş dünyagörüşə malik olmalıdır. Əks təqdirdə, əsl insan- vətəndaş yetişdirilməsi kimi mühüm iş lazımınca yerinə yetirilə bilməz.
Xalıq Mirzəyev,
Göytəpə kənd ümumi orta məktəbinintədris işləri üzrə direktor müavini

Şərh Yaz