63 uşaq qətlə yetirilib

Fevral ayının 25-də İsrail Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Heydər Əliyev Mərkəzində Xocalı faciəsində qətlə yetirilən 63 uşağın xatirəsini anmaq məqsədi ilə tədbir keçirdilər.

Əməkdar müəllim Mirvari Musayeva Xocalı faciəsi haqqında danışdı. Bildirdi ki, uşaqların vəhşicəsinə öldürülməsi ermənilərin vandallığını bir daha sübut etdi.
Tədbirdə 24 məktəbli şeirlər söylədi, Xocalı faciəsi haqqında danışdı. Amansızlıqla qətlə yetirilən 63 uşağın əziz xatirəsinə şamlar yandırıldı. Erməni vandallarına yazılan ittihamedici məktublar oxundu.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev bildirdi ki, hər bir Azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Şagirdlərin yazdığı məktubları bu sahədə atılan addım kimi dəyərləndirən R.Ağayev tədbirin təşkilindən razılığını dilə gətirdi.
Qeyd edək ki, məktubların mətnləri sosial şəbəkələrdə və internet saytlarında yerləşdiriləcək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz