Rəsm müsabiqəsi

Xocalı faciəsinin 22-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da qeyd olunub.
Rəsm müsabiqəsi
Rəsm müsabiqəsi

Xocalı faciəsinin 22-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da qeyd olunub.
Rəsm müsabiqəsi
Rəsm müsabiqəsi
Fevral ayının 20-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımına həsr olunan rəsm sərgisi təşkil edilib. Sərgidə yeniyetmə gənclər və məktəblilər xalqımızın qan yaddaşı olan Xocalı faciəsini, ermənilərin zaman-zaman Azərbaycana qarşı törətdikləri vəhşilikləri və soyqırımı ilə bağlı həqiqətləri öz rəsmləri ilə ictimaiyyətin diqqətinə çatdırmağa çalışıblar.
Müsabiqədə ən yaxşı əl işlərini müəyyən etmək üçün yaradılan münsiflər heyətinin yekdil qərarı ilə I yer Zülfiyyə Həsənliyə, II yer İsmayıl Faxtıyevə, III yer Fatimə Ramazanovaya verilib. Yarışın qaliblərinə və müsabiqədə əl işləri ilə fərqlənən Rəfail Məhərrəmova, İlkin Hüseynova, Aysu Əsədovaya rayon Mədəniyyət və Turizm Şöbəsi, eləcə də rayon İdman və Gənclər İdarəsinin Fəxri fərman və hədiyyələri təqdim edilib.
Taleh Məhərrəmov

Şərh Yaz