Narkomaniyaya qarşı mübarizə

İsrail Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbdə hüquqi biliklərin təbliği ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Valeh Hüseynovun, rayon Polis Şöbəsinin əməkdaşı Əbülfət Yarıyevin, rayon Məhkəməsinin məsləhətçisi Vilayət Babayevin, məktəbin müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Narkomaniyaya qarşı mübarizəNarkomaniyaya qarşı mübarizə
İsrail Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbdə hüquqi biliklərin təbliği ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Valeh Hüseynovun, rayon Polis Şöbəsinin əməkdaşı Əbülfət Yarıyevin, rayon Məhkəməsinin məsləhətçisi Vilayət Babayevin, məktəbin müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Narkomaniyaya qarşı mübarizə
V.Hüseynov çıxış edərək narkomaniyanın yaranma tarixindən, törətdiyi fəsadlardan, insan orqanizminə vurduğu ziyandan danışıb, dünyada və ölkəmizdə narkomaniyaya qarşı bağlı statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Şagirdləri cəmiyyətdə düzgün mövqe tutmağa, dərslərindən geri qalmamağa, cəmiyyətə yaramayan insanlardan uzaq olmağa, asudə vaxtlarını faydalı işlərə sərf etməyə çağırıb.
V.Babayev öz çıxışında narkomaniyanın insan taleyində mənfi rol oynadığını, insanı sağlamlıq və azadlıq kimi ən şirin nemətlərdən məhrum etdiyini bildirərək sağlam həyat tərzindən uzaq olan şəxslərin sonda cəmiyyətin yararsız bir üzvünə çevrildiyini bildirib.
Ə.Yarıyev ölkəmizdə narkomaniya ilə aparılan mübarizə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilbər Yəhyayeva gəncləri pis vərdişlərdən çəkindirmək üçün tədris ocağının müəllim kollektivinin gördüyü tədbirlər haqqında məlumat verərək bu cür tədbirlərin tez-tez keçirilməsinin səmərəliliyini vurğulayıb.
Sonda mövzu ətrafında maraqlı diskussiya aparılıb, şagirdlərin suallarına geniş və ətraflı cavablar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz