Yaddas kitabcasi

Yenidənqurmadan sonra açılış

Yenidənqurmadan sonra açılışMart ayının 27-də “Gülüstan” şadlıq sarayında sarayın yenidən qurulmasından sonra açılışı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş müğənni Sahibə Abdullayevanın yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirilib.Yenidənqurmadan sonra açılışTədbirdə çıxış edənlər sarayın yeni tərtibatla quruluşuna görə sahibkar Məhərrəm Mövlamova razılıqlarını bildirmiş, ona iş avandlığı, Sahibə xanıma yeni yaradıcılıq uğurları arzulamışlar.
Dəvətlilər sırasında M.Mövlamovun sahibkar dostları, S.Abdullayevanın yaxınları, eləcə də rayonun əlaqədar təşkilatlarından nümayəndələr olmuşlar.Yenidənqurmadan sonra açılışTədbirin bədii hissəsində rayonun incəsənət aləmində tanınan sənətçilərin ifaları iştirakçılara xoş ovqat bəxş etmişdir.
2011-ci ildə keçirilən muğam müsabiqəsində milyonlarla muğam həvəskarının rəğbətini qazanmış Kamilə Nəbiyeva da ifaçılar sırasında olmuşdur.

Şərh Yaz