Yaddas kitabcasi

Gündəlik işimiz olmalıdır

31 Mart azərbaycanlıların soyqırımı günüdür
Gündəlik işimiz olmalıdırBu günlərdə 31 Mart azərbaycanlıların soyqırımı günü münasibətilə rayon ictimaiyyətinin toplantısı olmuşdur. Rayon maliyyə idarəsinin iclas zalında baş tutmuş yığıncağı RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Əzizə Vahabova giriş sözü ilə açmışdır. O, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən, soyqırımlardan tarixi faktlar misal gətirdi, bu işin indinin özündə də davam etdiyini söylədi.
RİH və YAP rayon təşkilatının birgə keçirdikləri tədbirə gənclər, idarə, təşkilatların nümayəndələri dəvətli idilər. 1998-ci ildən qeyd edilən soyqırım günü ilə əlaqədar tədbirlər, təbliğat işləri təsadüfdən-təsadüfə deyil mütəmadi aparılmalıdır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi bu iş ziyalılarımızın gündəlik fəaliyyətinə çevrilməlidir.
Soyqırımla əlaqədar RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov geniş və hərtərəfli məruzə etmişdir. Bu, hamımızın yaralı yeri olduğu üçün çıxış edənlər gördükləri, şahidi olduqları erməni vandalizmi haqqında danışdılar.
Şəhər 3 saylı tam orta məktəbin təşkilatçı müəllimi Vasif Cabbarov, MKS-nin direktoru Ələddin Ələkbərov, şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi, qaçqın Bəxtiyar Fərəcov şahidi olduqları hadisələr barədə söhbət açdılar. Bütün çıxış edənlərin ümumi rəyi belə oldu: erməni vəhşilikləri barədə olan həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırılmalıdır. Bunun üçün bütün imkanlardan istifadə edilməli, hərə bacardığını etməlidir. Bu sahədə ən yaxşı vasitə internetdir.
Tədbirdə Ə.Vahabova son söz söylədi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz