Qabaqlayıcı tədbirlərlə bağlı maarifləndirmə                  

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayonu Lahıc qəsəbəsi və Cülyan kənd icmaları qarşısında “Baş verə biləcək sel və daşqınların qarşısının alınması” mövzusunda profilaktik tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov, FHN Şimal-qərb Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin rəisi Rəvan Qarayev, Maarifləndirmə sektorunun müdiri Məqbul Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Babək Məmmədov və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov açaraq tədbir iştirakçılarına son dövrlərdə dünyanın qlobal problemi olan sel və daşqınlar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verib.

Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin rəisi, daxili xidmət mayoru Rəvan Qarayev çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar haqqında ümumi məlumat verib, baş verə biləcək sel və daşqınların qarşısının alınması barədə qabaqlayıcı tədbirlər görmək məqsədi ilə qısa izahat verib.

Tədbirlərdə mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılıb.

Şərh Yaz