Mənim sağlamlığım  mənim  hüququmdur   

 

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər  il qeyd  edilən 7 Aprel – Ümumdünya Sağlamlıq Günü dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən mövzulara yönəlmək üçün bir imkandır.

Müstəqil Azərbaycan Respublikasının Höküməti əhalinin sağlamlığını qorumağı və möhkəmləndirməyi, adamların ömrünü və fəal yaradıcı həyatını uzatmağı daim birinci dərəcəli iş hesab etmişdir.

Sağlamlıq – insanın əsas hüququ hesab olunur. Sağlamlıq hüququ cəmiyyətin bütün üzvləri üçün səhiyyəyə eyni çıxış deməkdir. Sağlamlıq hüququ fundamental olaraq insanın digər hüquqları ilə əlaqəlidir. Bura  sosial müdafiə, istirahət, asudə vaxt, əsasən də müvafiq həyat standartı hüquqları daxildir. Bir tərəfdən insan hüquqlarının pozulması sağlamlıq baxımından ciddi nətcələrə gətirib çıxara bilər. Digər tərəfdən insan hüquqlarının təminatı, müdafiəsi istiqamətində atılmış addımlar sağlamlığa müsbət təsir göstərir. Sağlamlıq eləcə də iqtisadi və siyasi məsələ olaraq qalır, çünki bərabərsizlik və səfalət xəstəliklərin əsası olaraq qalır. 2005-ci il bəşəriyyətin sağlamlıq hesabatına istinadən ifrat kasıblıq ölümün əsəs səbəbi hesab edilir. Bir çoxları  elə fikirləşir ki, sağlam olmaq sadəcə, xəstələnməməkdir. Sağlamlıq tək insanın özünü yaxşı hiss etməsi deyil, həm də sosial-mənəvi rahatlığı deməkdir. Sağlam olmaq üçün gigiyenaya riayət etmək, idman və fiziki məşqlərlə məşğul olmaq, düzgün qidalanmaq, istirahət etmək lazımdır. Siqaret çəkmək, spirtli içki içmək və narkotikdən istifadə etmək kimi pis vərdişlər sağlamlığa çox zərərlidir, onlardan uzaq durmaq lazımdır.

Dünya zənginliklərlə doludur. Həmin sərvətlərin ən mühümü insan sağlamlığıdır. Məncə, sağlam –  yaşamaq yaxşı yaşamaqdır. Sağlamlıq insan və bütün canlılar üçün hava və sudan daha vacibdir. Sağlamlıq olmasa onlardan istifadə edə bilmərik. Sağlamlıq varsa hədəflərimizə çatmaq üçün yaşayırıq. Sağlamlıq həyatımızda təmizliyin mənbəyidir. Xoşbəxt yaşamaq dünyanın gözəlliklərini görmək üçün sağlamlıq lazımdır. Sağlamlıq fiziki və ruhi sağlamlıq kimi iki aspektdə qiymətləndirilir. Bunları təmin etmək üçün bəzi qaydalara əməl etməliyik. Fiziki sağlamlığımızı qorumaq üçün düzgün qidalanmalıyıq. Orqanizmimiz üçün lazım olan meyvə və tərəvəzləri yeməliyik, idmanla məşğul olmalıyıq. İdmanla məşğul olsaq: sümüklərimiz güclənir və bədənimizi cavanlaşdırırıq, buna görə də sağlam bədənə sahib oluruq.

Sağlamlıq həm insanlar, həm də  cəmiyyət üçün vacibdir. Çünki sağlamlıq olmadan həyatda heç nəyin mənası yoxdur. Biz bunu koronavirus prosesi zamanı çox aydın şəkildə gördük. Şair Osman Sarıvəlli demişkən “Kim yüz il yaşamasa, günah onun özündədir”. Sağlam olmayanda  yediyimiz hər  loxma, içdiyimiz hər qurtum su bizim üçün zəhərə çevrilir.

Sağlamlığımızı qorumalı və onun qədrini bilməliyik.

Xanlar Qəmbərov,                

İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru 

Şərh Yaz