Komitənin işi qənaətbəxş hesab edilib

 

 

23 aprel 2024-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sayca IX hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Respulikasının Dövlət himni səsləndirilib, daha sonra ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın işində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Araz Hüseyn, İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Orxan Ağayev, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Həşimov, Əməkdar Mədəniyyət İşçisi Sahibə Abdullayeva, MİHİ İsmayıllı Rayon Komitəsinin üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri, daimi iş komissiyalarının sədrləri və həmkarlar fəalları iştirak edib.

Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra MİHİ İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayevanın və Təftiş Komissiyasının üzvü Tərlan Əliyevin hesabatları dinlənilib.

Məruzə ətrafında çıxış edənlər – Sahibə Abdullayeva, Fərhad Qurbanov, Bəhruz Həşimov, Araz Hüseyn, Orxan Ağayev Komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıblar.

Konfransda MİHİ İsmayıllı rayon Komitəsinin 2017-2023-cü illər ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilib və Təftiş Komissiyasının hesabatı təsdiq olunub.

Konfransda 11 nəfərdən ibarət MİHİ İsmayıllı Rayon Komitəsinin üzvü, 7 nəfərdən ibarət Rəyasət Heyətinin üzvü  və 3 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi seçilərək təsdiq edilib.

MİHİ İsmayıllı Rayon Komitəsinin sədri vəzifəsinə səs çoxluğu ilə yenidən Abdullayeva Gülər Fərahim qızı seçilib.

Həmkarlar Komitəsinin təlimatına uyğun olaraq yeni seçilmiş sədr –  Abdullayeva Gülər Fərahim qızı MİHİ Respublika Komitəsinin XIX Konfransına nümayəndə və MİHİ Respublika Komitəsinə üzv seçilib.

Konfransda MİHİ Respublika Komitəsinin sədri Adil Aslan oğlu Atakişiyevin MİHİ Respublika Komitəsinin XIX Konfransında yenidən MİHİ Respublika Komitəsinin sədrliyinə namizədliyi irəli sürülüb.

Sonda bir neçə mədəniyyət müəssisəsi və Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsi 2017-2023-cü illər ərzində Komitə ilə yaxından əməkdaşlıq etdiyinə görə MİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən Fəxri fərmanlarla təltif edilib. Konfransin işi xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Ş.Soltanov

Şərh Yaz