Görüşlər problemlərin həllini sürətləndirir

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatında 2024-cü il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq rayonun  kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun hüquq-mühafizə orqanları rəhbərləri və vətəndaşlara xidmət göstərən idarə və müəssisələrin məsul əməkdaşları ilə birgə Ağbulaq və Qoşakənd yaşayış məntəqələrini təmsil edən sakinlərlə səyyar görüş-qəbul keçirib.  Qoşakənd kəndində keçirilən görüş-qəbulda sakinlər kəndin ümumi problemlərini dilə gətiriblər. Dinlənilən problemlər müzakirə edilib, məsələlərin bir qismi yerindəcə həllini tapıb. Zaman və ciddi araşdırma tələb edən müraciətlər qeydiyyata alınmaqla, həlli üçün  aidiyyəti üzrə təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

Şərh Yaz