Tarixi Zəfərimiz Tovuz döyüşlərindən keçdi  

 

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri  qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq illər ötür. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı vaxtında və qətiyyətlə alındı.
Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xüsusilə, atəşkəsin imzalanmasından 22 il sonra  başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq, məğlubiyyətə uğratdı. Bununla da “qüdrətli”, “yenilməz” Ermənistan ordusunun mifi darmadağın oldu.

Tovuz döyüşlərində qazandığımız hərbi uğurlarla yanaşı, canlı itkilərimiz də oldu. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı şəhid olanlar arasında əsgər Xəyyam Daşdəmirov da vardı…

Fevral ayının 21-də onun növbəti doğum günü qeyd olunacaqdı…

Şəhidin məzarı Balik kənd qəbiristanlığında ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, kənd sakinlərinin iştirakı ilə ziyarət olunub, ruhuna dualar oxunub, şəhidin ailəsinə və yaxınlarına  başsağlığı verilib.

Allah şəhidlərimizə rəhmət eləsin.

Ə.Səlimov

Şərh Yaz