Zəngəzur iqtisadi zona kimi diqqət mərkəzindədir

   

İlham Əliyev:  Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir”.

 

Bilirik ki, Azərbaycanın iqtisadi gücünün artmasında torpaqlarımızın halal bərəkəti ilə yanaşı, ərazi bütövlüyümüzün də müstəsna rolu var. Çox şükür ki, 2020-ci ildəki Vətən müharibəsi və builki sentyabr – antiterror əməliyyatları sayəsində Azərbaycan bütövlüyünü təmin etdi. İndi iqtisadi zonamızın genişlənməsi üçün də tutarlı addımlar atılır. Ölkə başçısının uğurlu siyasi kursu bunu mümkünə çevirməkdədir. Bəllidir ki, iqtisadi gücümüzün artmasında Azərbaycanın Şərqi Zəngəzur-Naxçıvan dəhlizi də böyük önəm kəsb edir. Bu dəhlizin açılmasının regionumuza güclü siyasi-iqtisadi təsirləri olacaq. Bu, qaçılmazdır. Çünki Şərqi Zəngəzur Azərbaycanın əzəli-əbədi torpağıdır. Şərqi Zəngəzur dəhlizinin açılması bizim üçün sadəcə iqtisadi maraq yox, eyni zamanda, Ermənistanın yalanlarını ifşa etməkdir. Bu, həm də dünya ölkələrinə erməni yalanını anlatmaq istiqamətində növbəti addımdır. Təkcə Şərqi Zəngəzur deyil, bütövlükdə Zəngəzur mahalı Azərbaycanın iqtisadi zonasıdır və orada yaxın gələcəkdə öz siyasətimizə uyğun həlledici işlərə başlanılmalıdır. Dövlətimizin apardığı siyasətin kökündə də məhz bu anlam durur. Ölkə Prezidenti İlham Əliyev əbəs yerə demir: “Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir”. Bəli, ölkə başçısının dediyi kimi, Zəngəzur iqtisadi zona kimi diqqət mərkəzindədir, ora qədim Azərbaycan torpağıdır…

Nehir Akpolat,

dr.professor – AYB və AJB-nin üzvü, yazıçı

 

 

Şərh Yaz