Qısa həcmli, lakin geniş məzmunlu tamaşa izlənilib 

 

İsmayıllı rayon ictimaiyyəti fevral ayının 26-da unudulmaz, ürəkləri hələ də parçalayan Xocalı faciəsinin 32-ci ildönümünü  qeyd ediblər.  Həmin gün rayondakı “Ana harayı” abidəsi ziyarət olunub. Erməni fitnəkarlığı qurbanları şərəfinə inşa edilmiş xatirə kompleksini kütləvi qaydada, amma əvvəlki illərdəkindən daha qürurlu bir şəkildə yad ediblər.

Xocalı faciəsinə biganə qalmayan, düşmənə nifrət hissi ilə yaşayan soydaşlarımızın bir qrupu İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin Xocalı soyqırımı gününə hazırladığı tamaşaya baxıblar.

Tamaşa öncəsi Xocalı faciəsinin  qısa tarixi təfərrüatları izləyicilərin diqqətinə çatdırılıb.

Bir neçə pərdədən ibarət olan qısa həcmli, lakin olduqca geniş tarixi məlumatları, erməni faşizminin iyrəncliklərini açıqlaya bilən tamaşa izləyicilərini olduqca razı salıb. Bunu tamaşa boyu izləyicilərin axıtdığı göz yaşlarından və əlbəttə ki, sonluqda səsləndirilən sürəkli alqışlardan açıq görmək oldu.

Sonda tamaşanı təqdim edən heyət alqışlar altında izləyicilərə minnətdarlıq etdilər.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz