Rahatlığı poza biləcək məsələlər həll olunur

 

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.

Yazın gəlişi ilə əlaqədar əksər yaşayış məntəqələrində əhalinin  müəyyən sahələr üzrə tələb və qayğıları yaranmaqdadır. Bunu nəzərə alan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov  müntəzəm şəkildə yerlərdə sakinlərlə görüşməyi önəmli məsələ kimi gündəmdə saxlayır.

Hüquq-mühafizə işçiləri, eləcə də xidməti idarələrin rəhbərləri ilə bərabər Gəraybəyli kənd sakinləri ilə görüş də məhz ərazidə insanların rahatlığını poza biləcək məsələlərin həlli və aradan qaldırılması ilə bağlı olub.

Gəraybəyli kəndində səmimi müzakirə şəraitində keçirilən səyyar qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq, hər birinin  həlli üçün müvafiq cavabdeh şəxslərə tapşırıqlar verilib.

 

Şərh Yaz