Ana dilinə həsr olunan tədbir   

Fevral ayının 21-də İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Sektoru, Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə RİH-nin, Təhsil Sektorunun, Gənclər İdman İdarəsinin əməkdaşları, eləcə də  məktəb-liseyin pedaqoji kollektivi, şagird heyəti iştirak edib.

Çıxış edənlər ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıb, milli-mənəvi dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, bayatılar oxunub, dil haqqında şeirlər, hikmətli kəlamlar və mahnılar səsləndirilib.

Fəallığı ilə fəqlənən şagirdlər İsmayıllı Rayon Təhsil Sektoru və Azərbaycan Gənc Müəllimlər Assosiyasının diplomları ilə təltif ediliblər.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz