Hamının sevimlisi
Musa Musazadə Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdidir. Oxuduğu sinfin əlaçısı, müəllimlərin sevimlisidir. Cari ilin yanvar ayının 28-də keçirilmiş bilik yarışı çempionatında mümkün 700 baldan 640-nı qazana bildiyi üçün yarışmanın təşkilatçıları tərəfindən Sertifikatla təltif olunub.
Musa azyaşlı olsa da, qazandığı uğurun böyük olduğunu yaxşı bilir. Bu nəticə ilə kifayətlənməyib, gələcəkdə daha yüksək nəticələr əldə etməyi düşünür. Qazandıqlarına görə, valideynlərinə, xüsusilə də müıllimlərinə təşəkkür edir.
Musanın 2 il əvvəl oxşar yarışmada qazandığı bal 605 olub. Ondakı uğuru Fəxri diploma layiq görülüb. Xallar arasındakı fərq göstərir ki, Musa yüksək savada malik olmaqda çox israrlıdır. Bu nailiyyətləri ilə o tək məktəbin deyil, yaxın qohumların, qonşuların, tanıyanların da sevimlisidir.
Şairə xanım Şərqiyyə Balacanlının yaxın qohum olaraq yazdığı kiçik bir şeirdə bu istək açıq-aydın özünü göstərməkdədir:
Soyumuzun nurusan,
Saf zəkanla durusan.
Bu gedişi qoru sən,
Boy atıb, ucal, Musa!
Qəlbin daim şən olsun,
Arzun çaya tən olsun.
Dayağın Vətən olsun,
Torpaqdan güc al, Musa!
“İsmayıllı xəbərləri”