Atletlərimiz 3 qızıl, 1 bürünc medal qazanıb    

 

09-10 fevral 2024-cü il tarixlərdə Bakı şəhəri Respublika Olimpiya Mərkəzində keçirilən 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika idman növü üzrə qış ölkə birinciliyində Mehdi Abbaszadə 60 və 200 m məsafəyə qaçışda, Şamxal Həsənzadə isə uzunluğa tullanmada 5.73 m nəticə göstərərək qızıl medal qazanıblar. Digər atletimiz Zəhra Şirəliyeva isə 1500 metr məsafəyə qaçışda bürünc medala layiq görülüb.

Bu uğur münasibətilə idmançılarımızı və onların məşqçi-müəllimi Bənövşə İsmayılovanı təbrik edir, hər birinə gələcəkdə daha yüksək naliyyətlər əldə etməyi arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz