Savad yarışmasının qalibi   

2023-2024-cü tədris ilinin birinci yarısı üzrə sınaq imtahanları aparan Onlayn Sınaq Mərkəz tərəfindən keçirilən imtahan zamanı İsmayıllı rayonunun Kürdeldarbəyli kənd tam orta məktəbinin IV sinif şagirdi  Banu Hüseynli yüksək nəticə göstərənlərdən olub. Belə ki, o, 560 bal toplayaraq keçirilən savad yarışmasının ikincisi olub. Qalib şagird xüsusi Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Banunun gələcək təhsili nailiyyətləri üçün bugünkü uğurun əsaslı bünövrə olacağına inanır, onu, valideynlərini və sinif müəllimini təbrik edirik.

Balaca Banunun bu böyük uğurdan qazandığı sevincə nənəsi Şərqiyyə Balacanlı kiçik bir şeirlə qoşulub:

Elmlə, ədəblə zirvələrə çat,

Özün öz əlinlə yoluna səp nur.

Dərk edən insançün gözəldir həyat,

Şadam, gözlərindən bəxtin oxunur.

 

Sabaha səsləyir məktəb yolları,

Mənzilə yetməyi düşün bugündən,

Olasan bir elin fəxri, vüqarı,

Öyünsün səninlə anamız – Vətən!

İsmayıllı xəbərləri”

Şərh Yaz