Hər kəsi narahat edən məsələ  

“Sənədləşdirmə prosesində bürokratik amillərin mövcudluğu nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə imkan vermir.  Belə olduğu halda bütün bələdiyyələrdə, eləcə də İsmayıllı bələdiyyəsində vergi xidmətinin əsas vəzifəsinə aid olan məsələlərdən biri  vergi ödəyiciləri arasında maarifləndirmə işinin aparılmasıdır”- bu fikirləri İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev bildirib.

Sədr belediyye.info saytına açıqlamasında onu da qeyd edib ki, İsmayıllı bələdiyyəsi üzrə 2023-cü ildə toplanan əmlak vergisinin həcmi 51.067 manat olub ki, bu da 2019-cu illə müqayisədə 3,2  dəfə çoxdur.

Bu nəticə düzgün və vaxtında aparılan maarifləndirmə işinin əhəmiyyətli olduğunu bir daha tam aydınlığı ilə diqqətə çatdırır.

Təəssüflər olsun ki, daşınmaz əmlakın sənədləşdirilməsi işində problemlər çoxdur, Xüsusilə də əhalinin özünə məxsus əmlakın sənədləşdirilməsinə maraq göstərilməməsinin başlıca səbəbi  rüsumların çox yüksək olması və müəyyən prosedurların həddindən  artıq vaxt aparmasıdır. Sənədləşdirmə prosesində bürokratik amillərin mövcudluğu nəticə etibariylə vətəndaş məmnunluğunun  təmin edilməsinə imkan vermir.

Rüsumların sakinlər üçün əlçatan olmaması bu gün hər kəsi narahat edən məsələdir. Müvafiq orqanlar bu məsələnin həllini ciddi şəkildə diqqətdə saxlamış olsalar, düşünmək olar ki, bələdiyyənin üzləşdiyi problemlərin də bir qismi öz həllin tapmış olar.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz