Kəndin ümumi problemləri müzakirə edilib 

             

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü rayonun Maçaxı kəndində keçirib.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulları davam edir.

RİH başçısı N.Bağırov rayonunun Maçaxı kəndində keçirilən qəbulda sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib, onların arzu və təkliflərini dinləyib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, aidiyyəti üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Başçı Aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin, eləcə də 44 günlük Vətən müharibəsi şəhidi Əşrəf Məmmədlinin ailə üzvləri – valideynləri ilə görüşüb, onların istək və arzuları, qayğıları ilə maraqlanıb.

Qəbul-görüş səmimi söhbət, razılıq  şəraitində keçib.

Şərh Yaz