O, yetişməkdə olan gənclər üçün bir nümunə idi       

 

 

2 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonundan olan Vətən müharibəsi şəhidi, Səməd Hüseynzadənin doğulub boya-başa çatdığı Talıstan kənd qəbiristanlığında anım günü qeyd olunub.

Talıstan kəndində şəhidin məzarını ziyarət edən ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin yaxınlarının, təhsil aldığı məktəbin müəllim və şagird kollektivi olub.

Onlar şəhidin uyuduğu məzar üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyub, ailəsinə, yaxınlarına başsağlığı veriblər.

Anım mərasimində çıxış edənlər S.Hüseynzadənin məktəb illərindəki uğurlarından, həmyaşıdları arasında hörmətindən, 44 günlük Vətən müharibəsi zamanı gedən qızğın döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb, göstərdiyi qəhrəmanlıqların yetişməkdə olan gənclər üçün bir nümunə olduğunu vurğulayıblar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Ə.Səlimov

Şərh Yaz