Fərqlənən müəllimlərimiz

         

5 Oktybar – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil nazirinin əmrinə əsasən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil işçilərindən bir qrupu təltif edilib.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunanların sırasında Pənahov Altay Əsədulla oğlunun – İsmayıllı rayon Diyallı kənd tam orta məktəbinin hərbi və çağırışaqədərki hazırlıq rəhbərinin adı da yer alıb.

Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunanlar sırasında isə Abdulov Rəşadət Məmmədyusif oğlu –  İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi, Həmidova Qumru Hafiz qızı – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin biologiya müəllimi, Həmzəyev Şakir Ağasəf oğlu – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi, Piriyeva Pərvanə Arif qızı – İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi, Şəfaqətova Şəfəq Fəxrəddin qızı – İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin tarix müəllimi və Səfərova Adilə Dərəbəy qızının – İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliminin adı vardır.

Fərqlənən müəllimlərimizi təbrik edir, onlara məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayırıq.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz