Ən kiçik yaşayış məntəqələri də diqqət mərkəzindədir 

               

Əhalisinin sayından asılı olmayaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun ən kiçik yaşayış məntəqələrində belə olmaq, həmin ərazinin və orada məskunlaşmış sakinlərin problemləri ilə yerindəcə tanış olmağa yetərincə üstünlük verir.

Yolsuzluq, müəyyən mənada işsizlik baxımından kiçilməkdə davam edən yaşayış məntəqələrimizdən olan  Vaşa kəndi də rayon rəhbərinin diqqətindən kənarda qalmayıb. Başçı vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü Vaşa kəndində, açıq havada keçirib.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla mütəmadi səyyar-qəbullar keçirən N.Bağırov Vaşa kəndində keçirilən qəbulda sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib.

Sakinlərin arzu və təkliflərini diqqətlə dinləyən başçı araşdırma tələb edən müraciətlərin qeydiyyata alınaraq, icrası üçün aidiyyatı üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz