Sürətli inkişaf fonunda problemlər də var  

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov RİH aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidməti idarələrin əməkdaşları ilə birgə Hapıtlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib.

Görüş iştirakçılarını salamlayan RİH başçısı N.Bağırov əvvəlcə ölkədə, eləcə də rayonda gedən yeniliklərdən söz açıb. Uğurların gündən-günə artdığını, iqtisadiyyatın yüksəldiyini, vətəndaşların güzəranının yaxşılaşdığını bildirib.

Başçı sürətli inkişaf fonunda hələ də bəzi problemlərin olmasını da qeyd edib. Kənd sakinlərinin hansı narahatlıqlarla üzləşdikləri ilə maraqlanıb. Səsləndirilən problemlər müzakirə olunub. Məsələlərin bəzisi yerindəcə həllini tapıb. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Səmimi söhbət şəklində keçən görüş-qəbulda çıxış edən kənd sakinləri göstərilən diqqətə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz