Vacib məsələ, başlıca vəzifə   

8 sentyabr 2023-cü il tarixində Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində Pedaqoji Şuranın 2023-2024-cü dərs ilinin ilk iclası keçirilib.

İclasda “Heydər Əliyev İli” ilə əlaqədar məktəbin “Tədbirlər plan”nından irəli gələn vəzifələrin yerinə yetirilmə vəziyyəti, ”2022-2023-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilib.

Məktəbin direktoru Ramil Dadaşov İsmayıllı təhsil işçilərinin sentyabr konfransında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri, Əməkdar müəllim Rövşən Əliyevin geniş məruzəsində aparılan təhlillər, göstəriş və tövsiyələr barədə pedaqoji heyətə ətraflı məlumat verib.

Çıxışlarda “Heydər Əliyev İli”ndə məktəbin IV, IX və XI siniflərində keçirilən monitorinqlər, buraxılış və ali mktəblərə qəbul imtahanlarında, Respublika Fənn Olimpiadalarında rekord nəticələr əldə olunması fərəhlə qeyd olunub.

İclasda qazanılan nailiyyətləri artırmaqla çalışmağın ən vacib məsələ, başlıca vəzifə olduğu hamı tərəfindən bəyənilib.

Təranə Məmmədova,

məktəbin müəllimi

Şərh Yaz