Dini siyasiləşdirmək təhlükəlidir

           

Sentyabrın 12-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, İsmayıllı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Vasif Teymurov və Qaya Xalıqov, eləcə də rayonun dini icma rəhbərləri və üzvləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Dinin siyasiləşdirilməsinin milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid olması, dini fanatizm, radikalizm və ekstremizmin təhlükələri barədə məlumat verilib, bununla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. İştirakçılar radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aydın Səmədov

Şərh Yaz