Müqəddəs yol uğurla davam edir: 10 yaşın mübarək       

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Azərbaycan Respublikası Nazirlər kabinetinin 2013-cü il 25 iyun tarixli 168 nömrəli qərarına əsasən yaradılmışdır.

10 il əvvəl 10 ixtisas 38 nəfər inzibati və müəllim heyəti, 183 nəfər tələbə ilə fəaliyyətə başlayan kollec hazırda 14 ixtisas, 2 şöbə, 78 nəfər müəllim, 28 nəfər inzibati heyət və 937 nəfər tələbə heyəti ilə müqəddəs yola uğurla davam edir.

​Bu gün kollecdə aparılan islahatlar müasir dərslik və dərs vəsaitləri ilə təminatın gücləndirilməsi, əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin subbakalavr səviyyəsində yeni ixtisasların açılması, tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ictimai fəallığının artırılmasına, onların Azərbaycançılıq ideyalarına, milli-mənəvi dəyərlərə bağlı əsl vətəndaş kimi formalaşmasına xidmət edir.

​2023-2024-cü tədris ilində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində subbakalavr səviyyəsinə əyani və qiyabi təhsil forması üzrə qəbul planı artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydalarına əsasən artıq 4 ildir ki, çox saylı yüksək nəticə göstərən məzunlarımız ölkəmizin Ali təhsil müəssisələrinə təhsil almaq üçün qəbul olunurlar.

​Bu gün 10 yaşlı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ölkəmizin zəngin təhsil ənənələrini inkişaf etdirərək Azərbaycan xalqına milli və mədəni dəyərlərə söykənən və müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq missiyasını uğurla davam etdirir.

Şərh Yaz