Roman müzakirə olunub  

29 avqust 2023-cü il tarixində İsmayıllı Rayon Mərkəzi Kitabxanada “Mütaliəçilər” kitab klubunun üzvlərinin iştirakı ilə XX əsr dünya ədəbiyyatının ən görkəmli simalarından biri, Nobel mükafatı laureatı Haynrix Bölün “Bir təlxəyin düşüncələri” romanının müzakirəsi keçirilib.

Öncə kitabxananın əməkdaşı Türanə Nəsirova yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Sonra mütaliəçilər tərəfindən romanın qəhrəmanları təhlil edilib, hərə öz fikrini söyləyib.

“Bir təlxəyin düşüncələri” romanının qəhrəmanı rəsmi adı “komik aktyor” olan təlxək Hans Şnirin son beş-altı ildəki həyatının müxtəlif vəziyyətlərdə, müxtəlif insanlarla bağlı xatırlamasından, mənəvi-əxlaqi dəyərlərə münasibətindən bəhs edir. Məhz bu dini-əxlaqi dəyərlər Şnirin sevgilisi Mariyanı əlindən alır…

Müzakirələr ən diqqətcil oxucunu müəyyən edib.

E.Mikayılova

 

 

 

Şərh Yaz