Velosipedçilərin yarışı keçirilib  

       

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Respublika Olimpiya Velosiped Məktəbinin nəzdində fəaliyyət göstərən İsmayıllı klubunun təşkilatçılığı, “Velosport-İsmayıllı” və “TEXNOALİ” mağazalarının dəstəyi ilə 9 avqust 2023-cü il tarixdə 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı rayonunda Mərkəzi Meydan-Şəhidlər Xiyabanı və əks marşurut xətti üzrə iki yaş qrupunda – 12-15 və 15 yaşdan yuxarı həvəskar velosipedçilərin yarışı keçirilib.

Tədbirin açılışında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Velosiped Federasiyasının nümayəndəsi, eləcə də bu idman növünün rayon üzrə məşqçi müəllimi iştirak edib.

Qalib iştirakçılara hədiyyələr təqdim edilib. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəhbəri Taleh Salehov  yarışın təşkilatçılarına təşəkkür edib.

İsmayıllı xəbərləri”

Şərh Yaz