Mövcud problemlər həllini tapır

         

İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun verdiyi məlumata görə rayonda vətəndaşlarla növbəti səyyar qəbul Gəndov kəndində baş tutub.

Məlumatda Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etdirildiyi bildirilir.

İyul ayının 11-də rayonun Gəndov kəndində keçirilən qəbulda da vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan problemlərin bir hissəsi yerində aparılan araşdırmalardan sonra həll olunub. Həlli vaxt və digər aidiyyəti təşkilatların yanaşmasını tələb edən müraciətlər qeydiyyata alınıb və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd etmək lazımdır ki, qəbulda xidməti təşkilat rəhbərləri və nümayəndələrinin iştirakı mövcud problemlərin həllini sürətləndirməkdə başlıca rol oynayır.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz