Vətəndaş-dövlət birliyinə xidmət edən tədbirlər

   

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iyul ayının birinci ongünlüyündə İsmayıllı şəhərinin 1 nömrəli tam orta məktəbinin yerləşdiyi ərazi ətrafında yaşayan vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü elə həmin məktəbin iclas zalında keçirib.

Başçı sakinlərlə görüşdə cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş layihələr və qərarlar, eyni zamanda bu istiqamətdə İsmayıllı rayonunda görülən işlər haqqında ətraflı məlumat verib.

Hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, yerli əhəmiyyətli problemlərin bir hissəsi aparılan müzakirələr nəticəsində yerindəcə, operativ şəkildə həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətləri müsbət həll olunduqca vətəndaş-dövlət birliyi daha da güclənir. Əslində, bu müstəvidə keçirilən vaxtaşırı tədbirlər məhz elə bu məqsədə xidmət edir.

İsmayıllı xəbərləri”

Şərh Yaz