Füsunkar təbiəti, zəngin mədəni irsi, tarixi abidələri və milli adət-ənənələri ilə tanınan İsmayıllı

İlk səfərimiz Qərsələ kəndindən başladı                  

Qərsələ kəndindəki qəbiristanlıqda yerləşən pirin adı kəndin adı ilə eynidir- “Qərsələ piri”. Qeyd edək ki, kənd XIV əsrə aiddir.

“Qərsələ piri” adlanan bu ziyarətgahın tarixi 200 il bundan əvvələ dayanır, həmən piri 7 qardaşdan biri, övliya Molla Mahmud baba yaratmışdır.

Kəndin yaşlı sakinlərinin dediyinə görə Mahmud baba və övladı Hacı Əli baba ruhani alim olublar. Hər iki övliyanın məzarı Gümbəzin içərisindədir. Məqbərədə yazılı kitabələr hələ də qalmaqdadır.

Kəndin sakinləri deyirlər ki, Qərsələ piri çox inanılmış və sınanmış ziyarətgahdı. Ölkənin hər yerindən bura ziyarətçilər gəlir. Ziyarətçilər əsasən yaz və yay aylarında çox olurlar. Vaxtilə niyyət tutub pirə pənah gətirənlər sonralar diləkləri hasil olduğuna görə Qərsələni dəfələrlə ziyarət edirlər.

Ziyarətgahın həyətindəki palıd ağacının üzərinə ziyarətçilər müxtəlif rəngli parçalar bağlayıb. İnanca görə, bu parçaları ürəyində arzu tutub bura bağlayırlar. Arzusu yerinə yetən insanlar yenidən pirə gələrək qurban kəsirlər

İsmayıl Faxtiyev

 

Şərh Yaz