Böyük qələbə   

                 

2022-2023-cü dərs ili başa çatdıqdan sonra məktəbimizin qazandığı nailiyyətlərinə görə ilk növbədə direktorumuz Ramil müəllimi, əldə olunan nailiyyətlərdə zəhməti olan müəllim həmkarlarımı, eləcə də  yüksək savadları hesabına məktəbin adına və kollektivinə  baş ucalığı gətirən şagirdlərimizi ürəkdən təbrik edirəm. Onlar üçün qazanılan uğurların davamlı olmasını arzulayıram.

Cari tədris ilində Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli məktəbin şagirdi Cabbarov Cəbrayıl Aydın oğlu coğrafiya fənni üzrə keçirilən olimpiadadan qızıl medalla qayıtmışdır (Fənn müəllimi Şakir Həmzəyev).

Məktəbin daha bir şagirdi – Bəkirova Sona Surac qızı  həmin uğuru tarix fənni üzrə keçirilən olimpiadada qazanmışdır (Fənn müəllimi Fatma Vəliyeva).

Məktəbin nailiyyətlərini artıranlardan biri – Muradlı Ziya Zaur oğlu tarix fənninin bilicilərindən olduğunu olimpiadanın gümüş medalını qazanmaqla sübut etmişdir (Fənn müəllim Fatma Vəliyeva).

Məktəbin növbəti olimpiada qalibi Əliyeva Mədinə Həsən qızı olub. Sevindirici haldır ki, onun tarix fənni üzrə qələbədə – bürünc medal qazanmaqda da tarix müəllimi Fatma Vəliyevanın əməyi vardır.

Böyük qələbə münasibəti ilə məktəbin rəhbərliyini, müəllim və şagird heyətini, xüsusilə də  medalçılarımızı bir daha ürəkdən təbrik edirik.

Təranə Məmmədova

Şərh Yaz