İrad və tövsiyələr mərkəzin şagird heyətinə çatdırılıb   

         

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Dağlıq Şirvan Regional idarəsinin təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə təmsil olunub.

Bildiyimiz kimi Beynəlxalq Əmək Təşkilatı 2002-ci ildən 12 iyun gününü “Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü” kimi elan edib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “2020-2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyası”nda xususilə uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyi qeyd edilib.

Tədbirdə səsləndirilən irad və tövsiyələr İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şagird heyətinə çatdırılıb.

İsmayıllı xəbərləri”

 

 

 

Şərh Yaz