Mədəni irsi layiqincə qoruyaq   

7 iyun 2023-cü il tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində (İsmayıllı DPTM) Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı Rayonu üzrə nümayəndələrinin təşəbbüsü, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayonu üzrə nümayəndəliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü” ərəfəsində “Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasətində gənc nəslin vətənpərvərlik tərbiyəsində mədəni irsin rolu” mövzusunda seminar keçirilmişdir.

Seminarın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamının icrasına və Heydər Əliyev irsində mədəni və mənəvi tərbiyyə konsepsiyasına uyğun olaraq dövlətimizin əsas istiqamətlərindən biri olan milli-mədəni dəyərlərin təbliğində, tarixi-mədəni zənginliyin qorunmasında və digər istiqamətlərdə gənc nəslin nümayəndələrinin mədəni irsimizə qayğı ilə yanaşmalarını, qoruyaraq gələcək nəsillərimizə düzgün formada çatdırmalarını təbliğ etmək idi.

Tədbirdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx, Azərbaycan Respublikası Dövlət Tarix-Mədəniyyət qoruqları ərazisində mühafizə olunan bir neçə tarixi abidələrin şəkillərindən ibarət PowerPoint proqramında hazırlanmış slayd, abidə mühafizəçisinin bir iş günü ilə bağlı çəkilmiş videolar nümayiş olunmuş və bir neçə məruzə dinlənilmişdir.

Şərh Yaz