Ekspert qrupunun üzvləri ilə görüş 

                   

22 iyun 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə mərkəzin yanında yaradılan ekspert qrupunun üzvləri ilə görüş keçirilib.

Görüşdə şəhid anası – Zenfira Zeynalova, Rayon Ağsaqqallar Şurasının sədri – Valeh Salehov, İsmayıllı bələdiyyəsinin sədr müavini, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru – Şahməmməd Soltanov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi, həkim – Elşən Həsənov, Rayon Polis Şöbəsinin əməkdaşı – Rahim Orucov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun metodisti – Ülviyyə Zeynalova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi – Aydın Səmədov, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı – Rəvanə Firidunlu ekspert qismində iştirak ediblər.

Mərkəzin direktoru Lətifə Əliyeva İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən milli-mənəvi dəyərlərin qorunub saxlanılması, sağlam və nümunəvi ailələrin təbliği, uşaq və yeniyetmələrin fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi formalaşdırılması kimi məsələlər barəsində görülmüş işlər, bu işlərin təşkilində ekspert qrupunun üzvlərinin iştirakı, onlarla birgə keçirilmiş maarifləndirici görüşlərin yekun müzakirələri barəsində danışıb.

Növbəti aylarda təşkil olunacaq maarifləndirici görüşlər, birgə səmərəli əməkdaşlıq barəsində, gender bərabərsizliyi, erkən nikah, qız uşaqlarının təhsildən yayınması, doğulan uşaqlar arasında cins balansının pozulması kimi halların qarşısının alınması istiqamətində müzakirələr aparılıb, iştirakçıların təklif və iradları dinlənilib.

Nərgiz Əlövsətli

Şərh Yaz